Dünya və axirətdə insana fərəh gətirən bu işləri tərk etməyin – İslam əxlaqı
İslam etiqadına görə insan həm bu dünyanın sakini, həm də axirət əhlidir. Yəni insan bir müddət dünyada yaşayaraq ömrünü başa vurur və digər bir aləmə, axirət aləminə köç edir. Təbii ki, köçən insanın ruhudur. Bədən isə dünyada qalıb, torpağa qarışır. Quran ayələrinə əsasən qiyamət günü parçalamış və torpağa qarışmış bəən hissələri yenidən, Allahın əmri ilə birləşəcək və rəbbinin hüzurunda hesab verəcəkdir:
“De: Onları ilk dəfə yoxluqdan yaradan dirildəcəkdir (qiyamətdə). O hər (növ) xilqəti, yaradılışı biləndir.” (Yasin-79) İnsan iki dünyaya sahibdir. O hər iki dünyada səadətə çatmağı, hər iki dünyada xoşbəx olmağı arzulayır. Bunu da yaradan Allah insanın öz ixtiyarına, öz zəhmətinə buraxmışdır. Gərək insan özü bunu qazansın. Hədis və Quran ayələrinin göstərişlərinə əsasən bəzi əməllər vardır ki, bunlar insanın həm dünya, həm də axirət rifahına, fərahlığına qovuşmağın yollarını öyrədir. Bunların ən əsası Allahı tanımaq və Ona həqiqi bəndə olmaqdır. İslam alimləri bir neçə əməl bəyan ediblər ki, bunlar həm dünyada , həm də axirətdə insanın səadətinə vasitə olur. Bunlar: 1- Qohumları ziyarət, yoxlamaq, 2- Valideynlərə yaxşılıq və diqqət, 3- Gözəl əxlaqlı olmaq, 4- Az yemək (bədən sağlamlığı, mənəviyyat üçün), 5- Bir möminin qəlbini şad etmək, 6- Gizli halda sədəqə vermək, yaxşılıq etmək, 7- Qiyamətin hesabından qabaq özü ilə hesab çəkmək. ((Mənbə - Gənchaye mənəvi (mənəvi xəzinələr kitabı)). İnsanın yaxşı, xeyirli əməlləri onun tək axirəti üçün deyil, həm də dünyası üçün xeyirli və bərəkətlidir. İnsan mütləq həm yaşadığı bu dünyada, həm də köçəcəyi axirətdə əməllərinin təsirini görəcəkdir. (İslaminSesi) Oxşar xəbərlər
|