ANA ATADAN İRƏLİDİRMİ?
Mьəllif: admin1
Tarix: 28-02-2018, 10:32
ANA ATADAN İRƏLİDİRMİ?
Bu fəsildə bizim məqsədimiz valideynlərin övlad üzərindəki hüquqlarının təfavütü barəsindədir ki, görəsən onların hüquqları bərabər və eyni səviyyədədirmi, yoxsa ananın hüquqları atanın hüquqlarından üstündür?

Bu sualın cavabında qeyd etmək lazımdır ki, hüquq və vəzifələr qarşılıqlı və eyni ölçüdədir.

Şübhəsiz, ata və ana hər ikisi övladlarının xoşbəxtliyini, əbədi səadətini istəyir, onların həmişə rifahda, səadətdə olmalarını arzulayırlar. Əksərən övladların mənafe və hüquqlarını özlərininkindən qabağa salırlar.

Buna görə də özlərini bu yolda fəda etməyə hazırlayırlar. Bu cəhətdən görürük ki, Allah-taala “Qurani-kərim” ayələrində; məsum rəhbərlərimiz öz kəlamlarında valideynə ehtiram təbiri gətirir və onlardan birini digərindən üstün etmirlər. Bununla əlaqədar olaraq Əhli-sünnə alimləri inanırlar ki, ata-anaya ehtiram hər ikisinə eyni səviyyədə lazım və vacibdir.

Böyük şiə alimləri arasında bu məsələ təfsilatı ilə araşdırılmışdır. İsmətli və pak Əhli-beytin yol göstərmələrində, ananın təbii olaraq üzücü zəhmətləri və əzab-əziyyətləri səbəbi ilə onun hüququnu əxlaqi və atifə cəhətindən atadan irəli, üstün hesab etmişlər.

Çünki ananın övladı böyüdüb boya-başa çatdırmaqdakı, tərbiyə etməkdəki çəkdiyi sonsuz və üzücü zəhmətlər atanın çəkdiyi əziyyətlərdən artıq olduğuna görə, təbiidir ki, onun da hüququ artıq olacaqdır.

İmam Sadiq (ə) buyurur: “Bir nəfər Peyğəmbərin (s) hüzuruna gəlib dedi: Ey Peyğəmbər, kimə yaxşılıq edim? Peyğəmbər buyurdu: Anana. Bu sual-cavab 3 dəfə eynilə təkrar olundu və dördüncü dəfə Peyğəmbər buyurdu: Anana.”

Mülahizə etdiyiniz kimi, bu hədisdə Peyğəmbər 3 dəfə anasına hörmət etməyi tövsiyə etdikdən sonra yalnız dördüncü dəfədə atasına yaxşılıq etməyi tövsiyə edir. Bundan əlavə, hədisdəki “sümmə” kəlməsi ərəb dilində dərəcə etibarı ilə sonrakı mərhələdə yerləşdiyini göstərir. Bu hədisdən ananın övlad üzərindəki hüququnun atanın övlad üzərindəki hüququndan irəli olması məlum olur.

İmam Baqir (ə) buyurur: “Həzrət Musa Allahla münacat edərkən Ondan moizə etməsini istədi. Allah-taala ona üç dəfə anası barəsində, dördüncü dəfə isə atası barəsində tövsiyə etdi.”

Bu iki hədisdən ananın hüququnun atanın hüququndan müqəddəm (irəli) olmasını anlayırıq. Bundan əlavə, 41-ci hədisdə qeyd olunduğu kimi, Həzrət Peyğəmbər (s) o şəxsin günahlarının bağışlanması üçün buyurur: "Kaş onun anası sağ olaydı!” ki, bu xəta və günahlarının daha tez bağışlanmasına səbəb olardı. Hansı ki, atasına da yaxşılıq etmək günahlarının bağışlanması səbəbi kimi təqdim olunub.

(İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI)

Hacı Rasim Məmmədov

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930