Behiştdə hicab olacaqdırmı?
Mьəllif: admin1
Tarix: 1-03-2018, 13:39
Behiştdə hicab olacaqdırmı?
Allah Təala Quranda buyurur: “«Ey Adəm övladları, şübhəsiz sizə ayıb yerlərinizi örtəcək və sizin üçün zinət olacaq bir libas (geyim) nazil etdik (onun xammalını torpaqda yaratdıq və sizə onu əldə etmək istedadını verdik). Əlbəttə, təqva libası daha yaxşıdır». Bunlar Allahın (insanlar üçün olan) ayə və nişanələrindəndir, bəlkə öyüd-nəsihət aldılar”. (“Əraf” 26).

“Şübhəsiz, Allah iman gətirib yaxşı işlər görmüş kəsləri (ev və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edəcəkdir. Onlar orada qızıl qolbağlar və mirvari (boyunbağılarla) bəzədilərlər və onların oradakı (adi) libasları – naxışlı ipəkdəndir”. (“Həcc” 23).

“Çadırlar içərisində pərdə arxasında oturmuş (və yadların gözlərindən uzaq) hurilər”. (“Rəhman” 72).

Bu Quran ayələrindən behiştdə olan hicab barəsində konkret bir nəzər vermək mümkün deyildir. Ona görə də hədislərimizə nəzər salaq.

Həbəli nəql edir ki, İmam Sadiqdən (ə) “Onlarda gözəl təbiətli və gözəl üzlü qadınlar vardır”. (“Rəhman” 70) ayəsinin təfsiri barəsində soruşdum və Həzrət (ə) buyurdu: “Məqsəd mömin və arif qadınlardır”.

Soruşdum ki, bəs bu ayənin təfsiri nədir: “Çadırlar içərisində pərdə arxasında oturmuş (və yadların gözlərindən uzaq) hurilər”. (“Rəhman” 72).

Buyurdu: “Məqsəd o hurilərdir ki, davamlı olaraq pərdə arxasında olmuşdular və bu çadırlar dürdən, yaqutdan və mərcandandır”.

Belə bir sual meydana gələ bilər ki, behiştdə ki, xəstə qəlblər olmayacaqdır, bəs pərdə arxasında olmaq nə üçündür?

Cavabında deyə bilərik ki, dünyada da belə, hicab ancaq xəstə qəlblər və gözlərdən qorunmaq vasitəsi deyildir. Axirətdə də ona görə başqa bir məqsəd daşıyır.

Dünyada hicab örtüyün bir növü hesab olunduğu halda, axirətdə zinət hesab oluna bilər. Behişti bəzən gözlərimizin önündə canlandıran zaman elə bilirik ki, behiştdə də dünyada olduğu kimi hamı küçələrdə, ümumi yerlərdə bir-birinin gözü önündə olacaqlar. Ancaq həqiqət budur ki, belə bir təsəvvür düzgün deyildir. Bəlkə hər bir mömin öz behişt həyat yoldaşı ilə birlikdə behiştdəki evlərində Allahı həmd etməklə, behişt nemətlərindən bəhrələnməklə məşğul olacaqlar.

Beləliklə deyə bilərik ki, bəzi hədislər və Quran ayələrinə əsasən, hurilər behiştdə hicab arxasında olacaqlar. Ancaq bu hicabın məqsədi dünyada olduğundan fərqli olacaqdır ki, bu məqsəd haqqında mülahizələr müxtəlifdir.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031