Ölümün 2 növü və 8 çeşid
Mьəllif: admin1
Tarix: 31-01-2022, 10:08
Ölümün 2 növü və 8 çeşid
Ölüm haqdır və hər bir canlı bir gün öləcəkdir. Ancaq əgər ölümün növləri barəsində danışsaq, alimlərin nəzərinə görə ölüm iki yerə bölünür ki, hər birinin də öz növləri vardır.

1. Zahiri etibarı ilə olan ölümlər.

a). Təbii ölüm. İnsan qocalır və taqətdən düşür, həyat enerjisini əldən verir və ölür.

b). Xarici amillərin təsirindən olan ölüm. Bəzən insan xəstəlik, ya təbii hadisələr və ya qəza təsadüfləri vasitəsilə ölür.

c). Başqalarının istəyinə görə. Bəzən insan başqalarının zülmünə məruz qalır. Onu qətl edirlər.

d). İntihar. Zəif iradəyə malik olan insanlar həyatın çətinlikləri ilə mübarizə apara bilməyən zaman intihara əl atır və ölürlər.

e). Allah yolunda şəhid olmaq. İnsan bəndəliyini yerinə yetirmək üçün, haqqı bərpa etmək və zülmü aradan aparmaq üçün vuruşur və Allah yolunda şəhid olur ki, bu, ən izzətli ölüm hesab olunur.

2. Keyfiyyət etibarı ilə olan ölümlər.

a). Bəzi mələkuti insanlar elə yüksək mənəvi məqama çatıbdırlar ki, onların ruhunu qəbz etmək ancaq Allahın öhdəsində olur. Onlar, ruhlarını ancaq məhbubları olan Allaha təhvil vermək istəyirlər.

Onların ruhu qəbz edilən zaman Əzrayil (ə) və başqa mələklər iştirak etmirlər.

b). Mömin və saleh insanlar. Bu insanların da mənəvi məqamı yüksəkdir. Onlar da İlahi övliyalardır, ancaq onların ruhunu Əzrayil (ə) və başqa mələklər alırlar.

c). Günahkar insanlardır ki, ruhlarını Əzrayil (ə) və mələklər alarlar.

Allah Təala bizlərə Əhli-Beytə (ə) layiq ölüm nəsib etsin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930