Onun kimi yerimək istədi, öz yerişini unutdu
Mьəllif: admin1
Tarix: 9-05-2021, 18:53
Onun kimi yerimək istədi, öz yerişini unutdu
Gözəl bir yaşıl çəməndə kəklik yaşayırdı. Çox aram və əminliklə yol gedərdi. Onun bu cür yol getməsi bir çox heyvanların nəzərini özünə cəlb etmişdi.

Bu heyvanların arasında qarğa da var idi ki, o da kəklikdən necə yol getməyini öyrənək istəyirdi. Bir gün öz-özünə dedi: “Mənim məgər ondan nəyim əskikdir ki? Kəkliyin dimdiyi vardır, mənim də vardır. İki qanadı vardır ki, mənim də vardır. Zahiri görünüşdən də bir-birimizə bənzəyirik. Ancaq tüklərimizin ayrı rəngdədir”.

Ona görə də qərara gəlir ki, sabahdan kəkliyin evinin qarşısına getsin və o, evindən çıxanda onun kimi yol getməyi öyrənsin. Bu cür bir neçə gün keçdi və bir gün öz-özünə dedi: “Heç də çətin bir iş deyilmiş, mən də onun kimi yol gedə bilirəm”.

Sabahısı günü o da kəklik kimi başını yuxarı qaldırıb, iftixarla yol getməyə başladı. Hansı heyvanın yanından keçirdi, ona tənə vururdu.

Tutuquşu dedi: “Ey qarğa! Nə edirsən? Niyə bu cür yol gedirsən?”.

Lakin qarğa özündən məmnun halda yol getməyə davam edirdi.

O, artıq yorulmuşdu və yol gedə bilmirdi. Ancaq görürdü ki, başqa heyvanlar onu barmaqları ilə göstərib təəccüb edirlər. Bu da ona xüsusi şövq verirdi.

Ağacın üstündə bir bayquş yatmışdı və heyvanların gülüş səsinə yuxudan ayıldı və gördü ki, qarğa kəklik kimi yeriməyə çalışır. O da gülməyə başladı və dedi: “Ey qarğa! Nə edirsən? Bir ömür uçandan sonra özünü niyə başqa quşlara bənzətməyə çalışırsan?”.

Qarğa həm yol gedirdi və həm də bayquşun sözlərinə qulaq asırdı. Anidən ayağı ilişib yıxıldı və heyvanlar daha yüksək səslə gülməyə başladılar.

Qarğa ayağa qalxıb özünü toparladı və çalışdı ki, özü həmişə getdiyi kimi yol getsin. Gördü ki, artıq bacarmır. Bu dəfə heyvanlar onun özü kimi yol gedə bilmədiyinə güldülər.

Bayquş dedi: Əcəb nadan qarğasan! İstədin kəklikdən yol getməyini öyrənəsən, öz yol getməyini unutdun”.

Əlbəttə ki, diqqət etdiyiniz kimi, bu təmsil, kor-koranə təqlid edənlərə aid edilir.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031