Namazda diqqətimizin dağılmasının qarşısını necə alaq? – Əllamə Təbatəbai
Mьəllif: admin1
Tarix: 1-03-2020, 23:54
Namazda diqqətimizin dağılmasının qarşısını necə alaq? – Əllamə Təbatəbai
Namaz dinin vacib hökümlərindəndir. Vacib olması qədər də insan həyatında mühüm əhəmiyyətə malikdir. Allah tərəfindən əmr olunmuş bu əməl insanın həyatında köklü dəyişiklik etmək qüdrətinə malikdir.

Çünki namaz insan həyatinin nizama salınmasında bir müqəddimədir (vasitə), yəni namazla insan həyati nizama düşür. Namaz bəzi edilməsi lazım olmayan işlərə mane olur. Həmçinin namaz böyük mənəvi təsirə malikdir ki, bu mənəvi təsir insan şəxsiyyətini köklü dəyişmək gücünə malikdir.

Təbii ki, bütün namazlar insana eyni dərəcədə təsir buraxmır. Fərdlərin namazlarının keyfiyyətlərində fərq olduğu kimi, bir fərdin də başqa- başqa vaxtlarda qıldığı namazları arasında fərq vardır. İnsan hər zaman namazlarında “hüzur-qəlb” (diqqət) əldə edə bilmir.

Məsumların (ə) bizə yetişən hədisləri və İslam alimlərinin göstərişləri buna əsas verirki, namazda “hüzur-qəlb” (diqqət) yaranmamasının əsəs səbəbi insanın özüdür.

Yəni insan bütün gün ərzində etdiyi işlər, danışdığı sözlər, yediyi yeməklər, hətta yerişi, oturuşu-duruşu belə insan ruhiyyəsində öz təsirini buraxır. Bu sayılan işlərlə öz mənəvi təbiətini pərakəndə halına salan insan, təbii ki namaz əsnasında onu toplaya bilməyəcəkdir.

Bir şəxs Əllamə Məhəmməd Hüseyn Təbatəbaidən soruşur:

-Necə edək ki, namazda “hüzur-qəlb” və diqqət əldə edək?

Əllamə buyurdu: Əgər istəyirsinizsə namazda “hüzur-qəlb” əldə edəsiniz, az danışın!”

QEYD: Bəli insanın namazında əldə etdiyi “hüzur-qəlb” və aramlıq gündəlik fəaliyyəti ilə bir başa bağlıdır.
(İslaminSesi)

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930