HAQQI GİZLƏTMƏK
Mьəllif: admin1
Tarix: 2-03-2018, 10:16
HAQQI GİZLƏTMƏK
Günahın mədəniyyətlə bağlı səbəblərindən biri də həqiqətin, yüksək səviyyəli elmi biliyin və yaxud hər hansı bir mənəvi dəyərin ört-basdır edilməsidir. Bunun nəticəsi isə cəmiyyətdə haqqın və ədalətin, yüksək əxlaqi keyfiyyətlərin aradan getməsi olacaqdır. Quran, Allah təbarək və təala tərəfindən gələn həqiqətləri gizlədənlərlə mübarizə aparmışdır.

«Bəqərə» surəsinin 42-ci ayəsində oxuyuruq:

وَلا تَلْبِسُوا الْحَقَّ بِالْباطِلِ وَتَكْتُمُوا الْحَقَّ وَاَنْتُمْ تَعْلَمُونَ

«Haqqa nahaq (batil) don geyindirməyin, haqqı bilərəkdən gizlətməyin».

Bu surənin 159-cu ayəsində isə haqqı gizlədən şəxslər, Allahın lənətinə düçar olanlar kimi qeyd olunmuşlar.
«Göndərdiyimiz aşkar dəlilləri, haqq yolunu insanlara kitabda bəyan edəndən sonra bunları ört-basdır edənləri Allah və bütün lənət edənlər lənətləyir.» («Bəqərə» surəsi, ayə 159)


İslam Peyğəmbəri (s) buyurur:

مَنْ سُئِلَ عَنْ عِلْم يَعْلَمُهُ فَكَتَمَ لُجِمَ يَوْمَ الْقِيامَةِ بِلُجام مِنْ نار

«Hər bir şəxsdən bildiyi bir mətləb soruşulduqda o, cavab verməkdən boyun qaçırsa, qiyamət günü atəşdən olan ip onun boynuna atılacaq».

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031