Nə zaman çətinliyə düşdün, çatışmazlığın oldu, ehtiyacın yarandı – təsbehi götür və 100 dəfə de...
Mьəllif: admin1
Tarix: 25-05-2021, 10:24
Nə zaman çətinliyə düşdün, çatışmazlığın oldu, ehtiyacın yarandı – təsbehi götür və 100 dəfə de...
Böyük ustad ayətullah Behcət buyurur: “Nə zaman çatışmazlığın oldu, hövsələn daraldı, giriftar oldun, pulun olmadı – təsbehi götür və 100 dəfə de: “Əstəğfirullahə Rabbi və ətubu iləyh”. İstiğfar ancaq tövbə və günahların bağışlanması üçün deyildir”.

İstiğfar zikrinin faydaları çoxdur və bu böyük alimin buyurduğu kimi, ancaq tövbə etmək niyyətilə yerinə yetirilməz.

İstiğfar zikrinin bərəkətləri:

1. Sərvəti, qüdrəti və İlahi nemətləri artırar. «Və ey mənim qövmüm, Rəbbinizdən bağışlanmaq diləyin, sonra Ona tərəf qayıdın (tövbə edin) ki, sizə bollu bulud və yağış göndərsin, sizin (cismani və maddi) gücünüzə bir güc də artırsın və (Ondan) günahkar kimi üz çevirməyin». (“Hud” 52).

2. Dua yerinə yetər. “Ondan (günahlarınız üçün) bağışlanmaq diləyin, sonra (yaxşı əməllərlə) Ona tərəf qayıdın. Şübəsiz, mənim Rəbbim (Öz bəndələrinə) yaxın və (onların dualarını) qəbul edəndir”. (“Hud” 61).

3. İlahi sevgiyə səbəb olar. «Və Rəbbinizdən (keçmiş əməllərinizə görə) bağışlanmaq diləyin, sonra (saleh əməllərlə) Ona tərəf qayıdın. Həqiqətən mənim Rəbbim mehriban və (tövbəkar bəndələrini) sevəndir». (“Hud” 90).

4. Dünyadan bəhrələnmək. “Və dedim ki: «Öz Rəbbinizdən bağışlanmaq diləyin. Çünki O, çox bağışlayandır». «Göydən (buluddan) sizə bol yağış göndərsin». «Və sizə mal-dövlət və oğullar (əta etməklə) yardım etsin, sizin üçün bağlar yaratsın və sizin üçün çaylar axıtsın»”. (“Nuh” 10-12).

5. İlahi rəhməti cəzb edər. “Nə üçün Allahdan bağışlanmağınızı diləmirsiniz ki, bəlkə sizə rəhm oluna?”. (“Nəml” 46).

6. Həyat şirin olar. «Və öz Rəbbinizdən bağışlanmaq istəyəsiniz, sonra (tövbə edərək) Ona tərəf qayıdasınız ki, sizi müəyyən müddətədək (dünya həyatının) gözəl bəhrələrindən bəhrələndirsin və hər bir fəzilət sahibinə öz dəyərini (hər bir kamal sahibinə kamalına uyğun olaraq onun dünya və axirət kamilliklərinin mükafatını) əta etsin”. (“Hud” 3).

7. Bəla və əzab uzaqlaşar. “Həmçinin nə qədər ki, onlar istiğfar edirlər (Allahdan bağışlanmalarını istəyirlər), Allah onlara əzab verən deyildir”. (“Ənfal” 33).



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031