Ayətullah Xameneidən müsəlman qardaşın abrını qorumaqla baglı çox mühüm tövsiyə
Hər bir insan, əqidəsindən, dünya görüşündə aslı olmayaraq hər bir kəs bir şəxsiyyətdir. Bütün insanlara bir-birilərinin şəxsiyyət və qürurunu qorumaq Allahın onlar üzərində təyin etdiyi bir haqqdır. Xüsusən də müsəlman, mömin bir şəxs olarsa onun onun şəxsiyyət və qürurunu qorumaq, onu alçaltmamaq digər müsəlmanlara vacibdir.
“Hər kim bir müsəlman qardaşının abrını, həyasını qoruyarsa cənnət ona vacib olar!” (Səvabul-əmal və iqabul-əmal. Səh-145) Ayətullah Xamenei bir müsəlmanın, möminin abır və həyasını qorumaq barədə söhbətində öz mövzusuna bu hədislə başlayıb. O buyurub: ““Hər kim bir müsəlman qardaşının abrını, həyasını qoruyarsa cənnət ona vacib olar!” Möminin abrını qorumaq o qədər mühüm bir məsələdir ki, bu qeyd etiyimiz hədisə əsasən (Həzrət Əlinin (ə) Peyğəmbərə (s) istinadən söylədiyi hədis) behşit bu cür şəxsə vacib olur. Bu hədisin mənası o demək deyil ki, hər gördüyümüz iş, hər necə olur olsun, bizi cənnətə aparacaq! Hər şey bizim özümüzdən aslıdır! Öz əlimizdədir! Hər bir halda bu hədis diqqət olunası, əhəmiyyət veriləsi bir mətləbə işarə edir. Bu müsəlmanın abrıdır! Bir kəs bir müsəlman haqqında şayə yayır, onun əleyhinə danışır, onun abrını aradan aparır, biz də ona qulaq asırıq. Hətta əhəmiyyətinə varmadan azmış kimi hələ bir danışırıq da! Bizim danışdığımız şəxs də bir başqasına danışır. Beləcə bir müsəlman əleyhinə şayiə yaymış oluruq. Sonradan məlum olur ki, belə bir şey olmayıb. Əgər belə bir şey olsa belə gərək onu yaymayaq, yayılmasına rəvac verməyək! Bir müsəlmanın abrını təhlükəyə atmaq layiq deyil (düz iş deyil)! Bunu da bilmək lazımdır ki, yayılan şayiələrin əksəriyyəti həqiqətin əksinə olur!” (Ayətullah Xamenei) (İslaminSesi.) Oxşar xəbərlər
|