EHTİYAC...
İmam Əli (ə) buyurur: "Hər kimə yaxşılıq etsən onun ağası olarsan. Hər kimə ehtiyac əlini uzatsan onun əsiri olarsan. Hər kəsdən ehtiyacsız olsan onunla həmtay olarsan."
İmam Əli (ə) buyurur: "Hər kəsə ehtiyacın olsa, onun yanında xar olarsan." Ehtiyacların ödənilməsi Allahın Peyğəmbəri (s) buyurur: "Öz qardaşına kömək etmək və xeyir vermək üçün çalışan şəxsə Allah yolunda mübarizə edənlərin savabı yazılacaq." Allahın Peyğəmbəri (s) buyurur: "Öz mömin qardaşının bir ehtiyacını ödəyən kəs, bütün ömrünü Allaha ibadətlə keçirən bəndə kimidir." İmam Sadiq (ə) buyurur: "Hər kəs Allah rizasına öz müsəlman qardaşının ehtiyacını ödəmək üçün çalışarsa, Allah-taala ona min-min xeyir əməlin savabını yazar." İmam Sadiq (ə) buyurur: "Hər kəs öz mömin, müsəlman qardaşının ehtiyacını aradan götürməyə səy göstərərsə, qardaşının ehtiyacının fikrində olduğu vaxtadək Allah-taala onun öz ehtiyacının götürülməsini lütf edər." İmam Sadiq (ə) buyurur: "Allah-taala buyurmuşdur:Camaat mənim ailəmdir. Onlardan mənim yanımda ən sevimliləri camaatla daha mehriban olanları və onların ehtiyaclarının ödənilməsi naminə daha çox çalışanlarıdır." İmam Sadiq (ə) buyurur: "Öz qardaşının ehtiyacını aradan götürmək yolunda addım atan kimsə Səfa ilə Mərva arasında səy edən şəxs kimidir." İmam Sadiq (ə) buyurur: "Hər kəs öz mömin qardaşının bir ehtiyacını ödəyərsə, Allah-taala Qiyamət günü onun yüz min ehtiyacını ödəyər ki, onların da birincisi Cənnətdir." İmam Sadiq (ə) buyurur: "Möminin ehtiyacını ödəmək, hər birinə yüz min (dirhəm, ya dinar) xərclədiyin iyirmi həccdən Allah yanında daha sevimlidir." Qardaşının ehtiyacını ödəməkdən imtina edən İmam Baqir (ə) buyurur: "Bir müsəlman başqa bir müsəlmanla görüşmək və ya bir hacət istəmək üçün onun mənzilinə getsə və ondan içəri daxil olmaq üçün izn istəsə, o da evdə olduğu halda çölə çıxmasa, onlar bir-biri ilə görüşən vaxtadək ev sahibi daim Allahın Lənəti altında olar." İmam Sadiq (ə) buyurur: "Hər kəsə mömin qardaşı yoxsul vaxtında öz ehtiyacını söyləsə və o özü, yaxud da başqasının vasitəsilə onun ehtiyacını ödəyə biləcəyi halda bu işi görməsə Allah-taala Qiyamət günü onu əlləri boynunun arxasında bağlı halda qəbirdən qaldırar və bəndələrin sorğu-sualını qurtaranadək həmin vəziyyətdə saxlar." İmam Sadiq (ə) buyurur: "Bizim qardaşlardan biri ehtiyac əlini şiələrdən birinə tərəf uzatsa, o da kömək etməyə qadir olduğu halda öz köməyini əsirgəsə, Allah-taala onu bizim düşmənlərimizdən birinin ehtiyacını ödəməyə mübtəla edər və bu səbəbdən də Qiyamət günü əzaba düçar olar." İmam Sadiq (ə) buyurur: "Hər bir mömin, möhtac mömin qardaşını özünün malından məhrum edərsə, Allaha and olsun ki, Cənnət yeməyinin ləzzətini dadmaz və möhürlənmiş xalis (Cənnət) şərabı nuş etməz." Ehtiyacları ödəməyə tələsmək İmam Səccad (ə) buyurur: "Hər kəs öz ehtiyac əlini mənə tərəf uzadan zaman, onun ehtiyacını və çətinliyini aradan götürməyə tələsərəm. Çünki qorxuram iş işdən keçə və mənim köməyimin artıq ona heç bir faydası olmaya." Dilək diləməyin qaydaları İmam Əli (ə) buyurur: "Allahım! Məni, xəlq etdiklərindən pis adamların heç birinə möhtac etmə! Əgər məni möhtac edirsənsə, onlardan ən xoşxasiyyətli və ən səxavətlisi, mənim ehtiyacımı şirin dillə və mənə daha az minnət qoymaqla aradan götürənə, möhtac et!" İmam Səccad (ə) onun hüzurunda "Allahım! Məni öz bəndələrinə möhtac etmə!" deyə ərz edən şəxsə buyurdu: "Belə deyil, çünki insanlar bir-birinə möhtacdırlar. Sən belə de: Allahım! Məni yaratdıqların arasında pis adamlara möhtac etmə!" İmam Baqir (ə) buyurur: "Təzə varlanmışa möhtac olan kimsənin hekayəti, əfi ilanın ağzında olan bir dirhəmin hekayətidir. Həm sənin ona ehtiyacın var, həm də əfi ilandan səni təhlükə gözləyir." Oxşar xəbərlər
|