Qəzəblənməyin insan mənəviyyatında buraxdığı inanılmaz dərin izlər – İslam əxlaqı
Mьəllif: admin1
Tarix: 6-03-2023, 10:25
Qəzəblənməyin insan mənəviyyatında buraxdığı inanılmaz dərin izlər – İslam əxlaqı
Allah Təala insanı yaradarkən onu demək olar ki, potensial dolu bir varlıq yaradıb. Yəni insan həm müsbət, həm də mənfi qərizələrlə (istedad, bacarıq) dolu bir varlıqdır. Hansını qabartmaq, hansını önə çəkmək artıq onun öz ixtiyarındadır.

İnsan gözəl əxlaq, yaxşı əməl sahibi də olabilər və yaxud bunun əksinə bədəməl sahibi də ola bilər. Bütün bunların sirri isə insanın öz səy və zəhməti ilə tərəqqi və takamül etməsi üçündür. Yaxşı əməl və rəftar insanda müsbət təsir buraxır və bu təsitr də insanın mənəvi yüksəlişinə vasitə olur. Bunu əksi də bu cürdür. Bəd rəftar və pis əxlaq insanı insanlıq dərəcəsindən aşağıya süqut elətdirir.

Nəticədə insanın dünya və axirət səadəti, Allah qatında mənəvi paklığ əldə etməsi onun öz səyində və zəhmətindədir. İnsanın həyatının son hədəfi də məhz budur-Allah rizasına yetişmək! İnsanın hər iki dünyada nicatı yalnız və yalnız bu rizadadır.

Mülk surəsinin 2-ci ayəsində bu barədə buyurulur: “Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır.”

Bu və bu kimi ayələr insanın yaxşı və pis qarşısında ixtiyar sahibi olmasını, bu ixtiyarın hərəkət verici amilləri olan mənfi və müsbət xislətlərə sahib olmasını bir daha təsdiq edir.

İnsanda qərizə (mənfi xislət) hesab olunan xislətlərdən biri də qəzəb (əsəb) hissidir. Əsəb insanda demək olar ki, ən dərin iz buraxan hisslərdəndir.

Sevinc, qorxu, kədər və bu kimi bütün hisslər insanda iz buraxır. Lakin əsəb qədər dərin iz buraxan heç bir hiss yoxdur. Əsəb insanın həm mənəviyyatını, həm də cismini korlayır.

Cismi zərərləri barədə mütəxəssislər qeyd edir ki, əsəb yeganə hissdir ki, konkret olaraq bir orqana deyil, bütün bədənə təsir edərək onu sıradan çıxara bilir. Bu cür yüksək əsəb isə bir günün içində yaranmır. Gün keçdikcə ən kiçik problemlər belə insanı yükləyir.

Bu da zamanla əsəbin qalaqlanmasına, bir müddət sonra isə insanda "partlayışa" gətirib çıxarır. Odur ki, mümkün qədər əsəbləri qorumaq, əsəbiləşdiyiniz an mütləq o əsəbi bədəndən çıxarmaq lazımdır. Əks halda o əsəbin hansısa orqana zərbə vurma ehtimalı çox böyükdür.

Əsəbin mənəviyyata vurduğu zərərlərlərə gəlincə isə, əgər əsəb cisimdə bir orqanı sıradan çıxarırsa, mənəviyyatda bütün mənəviyyatı yox edir. Bu mənəvi zərərləri sözlə ifadə etməkdə insan acizlik çəkir. Bunu böyük İslam alimi mərhum Əllamə Təbatəbainin bəyanı ilə ifadə etmək kifayət edir ki, bir dəfə əsəbləşməyin insana vurduğu mənfi təsirin nəticəsi anlaşılsın.

Mərhum Əllamə buyurdu:

“İnsanın bir dəfə əsəbləşməyi onu 20 il (mənən) geri atır!”

Qurani Kərim də iman və mənəviyyat sahiblərini tanıtdırarkən onları əsəblərini boğan kəslər kimi təqdim edir, qəzəbi boğmağı insanı təqva (imanın yüksək dərəcəsi) dərəcəsinə yüksəldən sifətlər sırasında təqdim edir:

“O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər.” (Ali-İmran 134).


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930