Qarşı cinslə qurulan düzgün və yanlış rabitələr
İnsan başqası ilə rabitə qurmadan yaşaya bilməz, baxmayaraq ki, bu rabitə növləri fərqlidir, ancaq onlarla əlaqəsi heç bir zaman kəsilmir. Rabitənin növü və keyfiyyəti qarşı tərəfin niyyətindən və hədəflərindən asılıdır. Ona görə də bu rabitələr bəzən təhsil, iqtsadi, mədəni və ictimai olur, bəzən də şəxsi və fərdi olur.
Hər bir rabitədə dəyişilməz qaydalar vardır ki, gərək onlara riayət olunsun. O cümlədən rabitə quran insan heç bir zaman hədəfini unutmamalıdır. Yəni, əgər iqtisadi rabitə qurursa, bura şəxsi məsələlərini qarışdırmamalıdır. Belə olan halda hər iki tərəfin rabitəsinə ziyan vuracaqdır və hədəfdən uzaqlaşacaqdır. Qadınla kişi rabitəsinin düzgün və yanlış tərəfləri vardır ki, onların bəzisi ilə tanış olaq: Yanlış rabitələr. 1. Həyəcanlı rabitələr. Bu rəftar adətən qarşı cinsi tanımayan zaman baş verir. Qarşı tərəfin göstərdiyi sadə hörmət, güclü simpatiya təzahürü kimi qəbul edilir. 2. Quru və kobud rabitələr. Cavanların bəzisi yanlış tərbiyəyə görə bəzən qohumları və dostları arasında həddindən çox soyuq və quru rəftar nümayiş etdirirlər. Əlbəttə, rabitə rəsmi və əndazəsində quru olmalıdır. Amma ən azı naməhrəm olan qohum-əqrəba ilə müəyyən həddə mehribanlıq çalarları ola bilər. 3. Gizli rabitələr. Bu rabitələrə məktub yazılmasını, telefon və internet danışıqlarını misal göstərmək olar. Çox təəssüf ki, bu gün cəmiyyətdə ən çox ziyan verən rabitə növüdür. Bu, şeytanın (lən) ən çox tor atdığı və tələ qurduğu rabitə formasıdır. 4. Çox mehriban rabitə. Bəzi ailələr övladlarını ictimai etmək bəhanəsi ilə onların qarşı cinslə çox rabitə qurmasına can atırlar ki, bu da Qərb mədəniyyətinin pis təsirlərindəndir. Düzgün rabitələr. 1. Naməhrəmlə “təkəbbürlü” rabitə qurmaq. İnsan ancaq məhrəmi ilə səmimi və gülərüz rabitə qura bilər, naməhrəmlə deyil. Allahın razılığını qazanmağın yolu məhz naməhrəmlə “təkəbbürlü” rabitədir. 2. Xəlvətdə qalmamaq. Hər bir yerdə olduğu kimi, təhsil mühitində də qızla oğlan arasında olan rabitələrin sərhədləri olmalıdır və qırmızı həddi keçməməlidir. Ona görə də dinimiz buyurur ki, nə zaman qızla oğlan hamının gözündən uzaqda xəlvətdə qalarsa, şeytan bu işə qarışar. Belə bir mühitdən qaçmaq lazımdır. 3. Hədəfsiz rabitədən qaçmaq. Siz bəzən qarşı cinslə rabitə qurmağa məcbur olursunuz. Ancaq bu rabitələr zamanı sadəcə rabitənin hədəfinə diqqət göstərməyə cəhd edin və ondan qeyrisini düşünməyin. Hədəfdən kənar mesaj alırsınızsa, o zaman sürətlə həmin rabitəni kəsin. 4. Nəzərlərə diqqət göstərmək. Zərurətdən kənar qarşı cinslərə baxmayın. Ümumilikdə, yaşından və cinsindən asılı olmayaraq, digər insanlara çox baxmaq məsləhət deyildir, bu, hörmətsizlik sayıla bilər. 5. Bələd olmadığınız insanlarla rabitədən pəhriz etmək. Başqalarının sizə hiylə qurmasından ehtiyatlı olun. Çünki yanlış rabitələrin yaranmasında adətən başqa şeytani insanların dəxaləti olur. 6. Gizli dostlar tapmaqdan çəkinmək. Bu nəsihət həm qadınlara aiddir, həm də kişilərə. /Deyerler.org/ Oxşar xəbərlər
|