Gündəlik namazlarda qəlbi aramlıq və böyük savab üçün bu kimi işlərə diqqət edək
Namaz dinin vacib hökümlərindəndir. Vacib olması qədər də insan həyatında mühüm əhəmiyyətə malikdir. Allah tərəfindən əmr olunmuş bu əməl insanın həyatında köklü dəyişiklik etmək qüdrətinə malikdir.
Çünki namaz insan həyatinin nizama salınmasında bir müqəddimədir (vasitə), yəni namazla insan həyati nizama düşür. Namaz bəzi edilməsi lazım olmayan işlərə mane olur. Həmçinin namaz böyük mənəvi təsirə malikdir ki, bu mənəvi təsir insan şəxsiyyətini köklü dəyişmək gücünə malikdir. Namazın qəbul və təsirli olması üçün onun keyfiyyətinə və müqəddimə işlərinə diqqət etmək zəruridir. Müqəddimə işləri dedikdə namaza qədər olan hazırlıq halı nəzərdə tutulur. Bu hazırlıqdan məqsəd həm qəlbi hazırlıq, həm diqqət, həm də bəzi hazırlıq işləridir. Qəlbi və diqət hazırlığına gəlincə bu çox mühümdür və bu hazırlığı əldə etmək üçün insan gərək namaza qədər olan bütün iş və əməllərinə diqqət etsin. Çünki, hər bir əməlin, danışığın, hətta adi gülməyin, zarafatın belə insan ruhiyyəsində təsiri vardır. Əgər insan qılacağı bir namaz üçün əvvəlcədən bu qədər diqqətli olmalıdırsa bu da o deməkdir ki, gün ərzində 5 dəfə qılınan namaz onun bütün gününə nəzarət edir. Bu da insanın bütün ömrünə nəzarət deməkdir. Buna bir misal olaraq mərhum Əllamə Təbatəbainin namazda diqət və hüzur-qəlb əldə etməyimiz üçün nə edək sualına verdiyi cavabı xatırladaq. Mərhum Əllamə suala belə cavab verdi: “Əğər istəyirsiniz namazda hüzur-qəlb əldə edəsiniz, az danışın!” Bu da o deməkdir ki, hər namaz öncəsi özümüzə diqqət etsək, bütün ömrümüzə və fəaliyyətimizə diqqət etmiş oluruq! Namaz öncəsi bəzi işlər də vardır ki, onlarə riayət etməklə namazın savabına savab qatmış oluruq. Yəni bərəkər üstünə xeyir bərəkət, nur üstünə nur! Sonda bunlar da (savab və ilahi mükafat) bizim mənəvi təkamülümüzə xidmət edir. Bu kimi savab qazandıran işlərdən aşağıdakıları misal çəkmək olar: Azan və iqamə demək – (mələklərin onun üçün istiğfar etməsinə vəsilə olur) Rükunu kamil şəkildə icra etmək – (qəbr sıxıntısını aradan aparır) Əqiq üzük taxmaq – (min rəkt namazın xeyir-bərəkətini, savabını qazandırır) Dişə misvak vurmaq – (70 rəkət namazın xeyir-bərəkətini, savabını qazandırır) Dəstəmaz zamanı ağzı su ilə yaxalamaq – (insanı qəflətdən qoruyur) Ətir vurmaq – (namazın savabını artırır, mələklərə xoş təsir bağışlayır) Təsbihat zikri – (İmam Sadiq (ə) Xanım Zəhranın (s.ə) təsbih zikrinin savabını 1000 rəkər müstəhəb namaza bərabər bilir). (Məvaziul-ədədiyyə) (İslaminSesi) Oxşar xəbərlər
|