Şəxsiyyətli insanın 3 nişanəsi
İmam Sadiq (ə) buyurur: “Üç şey şəxsiyyətli insanın nişanələrindəndir: gözəl əxlaq, qəzəbi yatızdırmaq, göz yummaq”.
Şəxsiyyətli insan deyiləndə, nəcabətli və alicənab insanlar nəzərdə tutulur ki, cəmiyyətdə bu cür insanlara xüsusi eşq bəsləyirlər. Eyni zamanda, Allah Öz bəndələrini belə görmək istəyir. Bəs bunun üçün lazım olan sifətlər hansılardır? 1. Xoş əxlaq. İnsanlarla yaxşı rəftar etmək, ədəbə riayət etmək – gözəl əxlaqın nümunələrindəndir. Bu insanlar özlərini kontrol edə bilir və ağızlarından çıxan sözün arxasında dururlar. Ona görə də şəxsiyyətli insan elmli olmalıdır ki, gözəl əxlaqını nümayiş etdirə bilsin. Xüsusilə də mənəvi sərmayə çox mühümdür. Gözəl əxlaqın 50%-i gözəl əxlaq və 50 %-i də elmdir. 2. Qəzəbi yatızdıra bilmək. Qəzəb insan daxilindən çıxan bir atəşdir ki, həm sahibini və həm də ətrafda olanları yandırar. Əgər insan onun qarşısını ala bilsə, bu atəş külə çevriləcəkdir. 3. Göz yummaq. Göz yummaq sözünün mənası genişdir. Ancaq bu hədisdə insanların nöqsanlarına və kiçik xatalarına göz yummaq nəzərdə tutulmuşdur. Göz yummağın başqa mənaları da vardır ki, ötəri olaraq onlara toxunaq: - Naməhrəmə göz yummaq. - Dünyanın zər və zinətinə göz yummaq. - İnsana çətinlik kimi gələn hallara göz yummaq. /Deyerler.org/ Oxşar xəbərlər
|