Özümüzü dünya çətinliyindən və axirət əzabından belə qoruyaq - Gözəl nəsihət
Ayətullah Məzahirinin əxlaq dərslərinin birində dünya və axirətin həqiqəti, onların hər ikisində səadətə yetişmək barədə tövsiyələr qeyd edərək dünyanı əməl evi, axirəti isə hesab yeri adlandırıb.
Ustad buyurub: “Allah Təala Adəm və övladlarını hikmətlə yaradıb və istəyir ki, onları bu dünyada imtahan etsin. Bu hikmətin də tələbi budur ki, dünya ixtiyar və imtahan yeri olsun. Elə isə dünya əməl, axirət isə cəza və mükafat yeridir!” Ustad dünya və axirət arasında tarazlığı qorumağa, dünyanı axirətdə üstün tutmağa, dünya məhəbbətinin nə mənada işlənməsinə işarə edərək buyurub: “Dünya sevgisindən məqsəd dünyaya və onun nemətlərinə bağlılıq, nəfsi istəklərə bağlılığ və dünyanı axirətdən üstün tutmaqdır. Həmçinin axirət üçün çalışmamaq, qəlbi dünya və onun istəklərinə əsir etməkdir. Buna görə Allh rəsulu (s) buyurub: Kim dünyanı daha əhəmiyyətli bilərək sübh yuxudan oyansa qəlbində bu dörd şey hasil olar, amma Allah tərəfində heç bir şey ona müəssər olmaz. Narahatçılıq heç vaxt ondan əskik olmaz Bu təlaşı heç vaxt ona xeyir verməz Fəqirlik heç vaxt ondan çəkilməz Arzuları heç vaxt sona yetməz!” Ustad dünyaya bağlılığnı mənfi nəticələrinə işarə etdikdən sonra, ümumiyyətlə tərki dünyalığın da mənfi nəticələrinə toxunub. Ustan dünyadan düzgün istifadə etmək, dünya vasitəsi ilə axirəti əldə etməyin mühümlüyünə toxunaraq buyurub: “Biz burda insanların əksəriyyətinin qafil olduğu, diqqət etmədiyi mühüm bir məsələyə işarə etmək istəyirik. Bu dünyanın pislənməsi, onu birdəfəlik tərk etmək məsələsidir ki, insanların əksəriyyəti bu barədə ayə və hədislərdən yanlış təsəvvür əldə edirlər. Dünyanı tam tərk edirlər və tərki dünyalığa üz tuturlar. Bu düzgün düşüncə deyil! Çünki yer üzündə xəlifəlik və oranın abad olması insanın insanın şəri tələbidir. Onun dünyada kı səyi bütün İslam ümmətinə xidmətdir. İnsan öz elmi nəaliyyətləri və faydalı sənət əsrləri ilə bəşəriyyətə xidmət edir. Dünyanı əkin yeri qərar verməkdə məqsəd axirətə faydalı olmaqdır, öz səmərəsini axirətdə almaqdır. Yəni insan öz ömrünü Allahın itaətinə və saleh əmələ sərf eiliyir. Dünyanı abad etməyə gəlincə isə Haqqı Təalanın xəlifəsindən tələbi din və dünyaya faydalı olmaqdır.” Ustad axirəti nəzərə almadan dünyanı tələb etməyin mənfi nəticələrinə toxunaraq, bir daha yuxarıda qeyd olunan peyğəmbər (s) hədisini qeyd edib və insanın axirəti nəzərə almadan dünyaya bu qədər bağlılığının insanda buraxdığı həmin 4 xislət olan narahatçılıq, daimi təlaş, fərirlik və bitməyən arzuları xatırladıb. Mühazirənin sonunda Ayətullah Məzahiri bildirib ki: Bütün əxlaqi, siyasi, iqtisadi, idarəçilik və içtimai problemlərin kökündə Allahdan uzaqlıq durur. Cəmiyyət Allahdan və Onun şəriətindən uzaq yaşayır. Nəticədə müxtəlif növ fəsad və uyğunsuzluqlarla qarşılaşırlar. Bu elə Allahın bir növ əzabıdır. Gərək saleh əməllə həm özümüzü, həm də ətrafımızı əzabdan xilas edək! (Hawzahnews.İslaminSesi) Oxşar xəbərlər
|