Övladların əxlaqi və mənəvi hüquqları
Mьəllif: admin1
Tarix: 6-02-2021, 10:21
Övladların əxlaqi və mənəvi hüquqları
Övladların hüquqlarından bəhs edən bu bölmədə onların həyatından müxtəlif məsələlərini ‒ istər təvəllüdlərindən əvvəl, istərsə də sonrakı dövrlərdə ‒ araşdıracağıq.

Övlad və onun əxlaqı, tərbiyəsi atanın varlığına bağlıdır.

Çünki atanın sperması (nütfə) ilə ananın yumurta hüceyrəsinin birləşməsindən ana bətnində rüşeym əmələ gəlir.

Bu birləşmənin vasitəsi ilə valideynin bütün xasiyyətləri, əxlaq və ruhiyyələri xas bir şərait daxilində övlada nəql olunur.

Buna əsasən ata-ananın ruhi və əxlaqi sağlamlığı, əxlaqi səciyyələri, bəzən rəzil nəfsani sifətləri də hər ikisindən birlikdə övlada keçərək onda təsir qoyacaqdır.

Qeyd olunan cəhətlərə əsasən fərdlər özünə həyat yoldaşı seçməkdə kifayət qədər diqqətli olmalı, ən layiqli şəxslərlə evlənməlidirlər.

Məhəmməd ibn Müslüm deyir: İmam Baqirin (ə) səhabələrindən biri ondan soruşdu ki, əgər bir kişinin dəli, amma gözəl bir qadından xoşu gəlsə, onunla evlənə bilərmi?

Həzrət buyurdu: “Yox, amma əgər onun dəli kənizi olarsa, onunla cinsi əlaqəyə girə bilər, bu şərtlə ki, ondan uşaq dünyaya gəlməsinə yol verməsin.”

İmam Sadiq (ə) buyurur: “Hər kəs öz qızını şərab içənə ərə versə, sanki onunla qohumluq əlaqələrini kəsmişdir.”

Əmirəl-möminin Əli (ə) buyurur: “Axmaq və qanmaz qadınlarla evlənməkdən uzaq olun! Çünki onunla yaşamaq bəla, ondan əmələ gələn övladlar isə zaydır.”

Bu hədis Məsumların (ə) yol göstərmələrinin bariz bir nümunəsidir və həyat yoldaşının övladdakı təsirinin nə dərəcədə olmasını göstərir.

Övladının xoşbəxt, səadətli olmasını arzu edənlər həyat yoldaşı seçməkdə azacıq da belə səhlənkarlığa, səhvə yol verməməlidirlər.

Çünki valideynin bütün əxlaqi və ruhi səciyyələri, o cümlədən xarici quruluşu və görünüşü, cismi xüsusiyyətləri uşağa təsir qoyur, batini xüsusiyyətlər də uşağın şəxsiyyətini formalaşdırır.

Məsum İmtamlar dəli, axmaq, şərab içən və s. kimi xüsusiyyətlərə malik olan şəxslərin övladlardakı acınacaqlı və iyrənc təsirlərini nəzər alaraq bu qəbildən olan şəxslərlə ailə qurmağı nəhy etmişlər.

Burada oxucuların diqqətini həyat yoldaşının övladdakı təsirini göstərən iki tarixi hadisəyə cəlb edirik.

1. “Nəhcül-bəlağə”nin 11-ci xütbəsində buyurulur: “Cəməl müharibəsində Əmirəl-möminin Əli ibn Əbutalib (ə) bayrağı oğlu Məhəmməd Hənəfiyyəyə verib tövsiyə etdi ki, səbirli olub müqavimət göstərsin.

Əmirəl-möminin Əli ibn Əbutalibin (ə) o şücaətli oğlu Bəsrə qoşununa hücum etdi, lakin qarşıdan yağış kimi yağdırılan oxlardan qorxub geri qayıtdı.

Bu zaman Həzrət (s) özü irəli gəlib qılıncının qundağı ilə oğlunun kürəyinə vuraraq buyurdu: “Sənin damarlarından (genlərindən-red.) biri ana tərəfdən sənə irs keçmişdir. Çünki atan heç vaxt özündə qorxaqlığa yol verməmişdir.”

2. Əmirəl-möminin Əli ibn Əbutalib (ə) Fatimeyi Zəhranın (s.ə.) şəhadətindən sonra evlənmək istədikdə qardaşı Əqilə buyurdu: “Sənin ərəb qəbilələri haqqında kifayət qədər məlumatın vardır. Mənim evlənməyim üçün elə bir qadın seç ki, ata-babaları qəhrəman və şücaətli nəsildən olmuş olsun.”

Əqil bir qədər fikrə daldıqdan sonra Fatimə Ümmül Bənini o Həzrət (ə) üçün seçdi, elçilik etdi.

O qadından şücaətli və dözümlü övladlar, o cümlədən, Həzrət Əbülfəzl (ə) kimi övlad dünyaya gəldi. O, Kərbəlada İmam Hüseynin (ə) bayraqdarı idi və onun öz qardaşının yolunda göstərdiyi şücaətlər dillər əzbəri olmuşdur.

Bu iki dəyərli tarixi hadisədən nəticə alaraq başa düşürük ki, Həzrət Əmirəl-möminin Əli ibn Əbutalib (ə) ananın batini, ruhi xüsusiyyətlərinin övladlarda təsirini izhar edir. Məhəmməd Hənəfiyyənin qorxub geri qayıtmasının səbəbini anasında bilir.

Çünki Həzrət Əmirəl-möminin Əli ibnƏbutalib (ə) İslam düşmənləri ilə müharibənin müxtəlif mərhələlərində, hətta “Nəhcül-bəlağə”nin 45-ci məktubunda yazdığı kimi, bütün ərəblərlə müharibə etsəydi belə, heç vaxt qorxmaz və geri qayıtmazdı.

O Həzrət (ə) Ümmül Bənini özünə həyat yoldaşı seçməsindən məlum olur ki, valideynin bütün xüsusiyyətləri övladın formalaşmasında əsaslı rol oynayır. Belə olmasaydı o Həzrət (s), Ümmül Bəninin batini və ruhi xüsusiyyətlərini nəzərə almazdı.

İslam hədislərində anaların övladlardakı təsiri daha çox diqqət mərkəzində olunub təkidləndirilmişdir.

Əmirəl-möminin Əli ibn Əbutalib (ə) buyurur: “Övlad əxlaq, dəyanət və təbiət nəzərindən ananın yaratdığıdır və onun əxlaqını özünə götürür.”

Peyğəmbəri-Əkrəm (s) buyurur: “Diqqətli olun ki, öz nütfənizi harada yerləşdirdiyinizi biləsiniz. Çünki valideynin əxlalaqı (irsiyyət qanununa uyğun olaraq) övlada nəql olunur.”

Bu fəslin axırında nəticə alırıq ki, ata-ananın bütün əxlaqi xüsusiyyətləri övladda təsir qoyur və övladların ilkin hüquqları həyat yoldaşı seçməkdən başlanır.

Övladın digər hüquqları sonrakı fəsillərdə ardıcıl olaraq diqqətinizə çatdırılacaqdır.

(İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI)

Hacı Rasim Məmmədov

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930