Həzrət Fatimənin (s.ə) ali məqamı və müqayisə edilməz fəzilətləri
Cəmadiul-axir ayının 20-si əziz İslam peyğəmbərinin qızı Həzrət Fatimənin (s.ə) mövlud günüdür.
Xanım Fatimə (s.ə) bütün müsəlman ümmətinin baş tacı, göz nurudur. Hər kəs o Xanımı (s.ə) böyük ehtiramla yad edir. Həmçinin Xanım (s.ə) Allah Rəsulundan (s) sonra sağ qalmış yeganə övladıdır. Bütün 11 imam (ə) və imamzadələr o Xanımın (s.ə) soyundandır. Həzrət Fatimə (s.ə) besətin (peyğəmbərliyin) 5-ci ilində cəmadiul-axir ayının 20-də Məkkə şəhərində dünyaya gəlib. Atası Allah rəsulu (s), anası Həzrət Xəducətul-Kubradır. Xanımım (s) həyat yoldaşı İmam Əli (ə), övladları isə Hz. Həsən, Hz. Hüseyn və Hz. Zeynəb (s.ə) və Ummu-Gülsümdür. Həmçinin Həzrət Fatimə (s.ə) “5 Ali əbadan” biridir və ismət məqamına sahibdir. İsmət məqamı günah və xətadan uzaq olmaq, ən yüksək ali mənəviyyat məqamına sahib olmaq, ömrünü sırf ilahi rizya həsr etmək, Allahdan bir an qəflətdə olmamaq mənasındadır. Alimlər hətta ismət məqamını nəinki günahdan uzaq olmağa, günaha meyl etməmək mənasında da ifadə edirlər. Məsumluq ali mənəvi bir dərəcədir! “Hawzahnews” saytı Ayətullah Seyyid Sistaninin dəftərxanasına Xanım Zəhranın (s.ə) məsum olmasının hikməti və səbəbi barədə ünvanladığı sualda Xanımın (s.ə) ismət məqamı belə açıqlanıb: Cavab: Xanım Zəhranın (s.ə) ismət məqamına gəlincə, burada ismət peyğəmbərliyin və ya imamətin dövr alınması deyil ki, Xanım Zəhra (s.ə) imam və yaxud peyğəmbər olsun. İsmət ilahi, mənəvi bir məqamdır. İnsan bunu Allaha yaxınlıq fəziləti ilə əldə edir. İsmət yalnız Allaha itaət və bəndəçiliklə əldə edilir. Allah Təala bəndələri ilə Özü arasında höccətlər (dəlil, rabitə vasitəsi) qərar verib. Bu höccətləin də məsum olması zəruridir.” Həmçinin Həzrət İmam Sadiq (ə) Xanım Zəhranın (s.ə) fəzilət və ali məqamına işarə edərək buyurur: “Qərinələr Siddiqətul-Kubranın mərifəti ilə dövr eliyib” “Furatul-Kufi” təfsirinin müəllifi hədisin şərhində yazır: “Dövr etmək yəni keçmək, keçib getmək mənasındadır. Qərinələr isə keçmiş ümmətlər mənasındadır. Necəki Yunis surəsinin 13-cü ayəsində “Sizdən qabaq neçə-neçə qərinələri (ümmətləri) özlərinə zülm etdikləri üçün (iman gətirmədikləri üçün) məhv etdik” deyə buyrulur. Qısası hədisdən anlaşılan bu dur ki, Hz. Musanın, İsanın, İbrahimin (onlara salam olsun) iman gətirmiş qövmü Həzrət Fatimənin (s.ə) mərifətinə (tanımağına) sahib olmuşlar. (Peyğəmbərlər belə bir şəxsiyyətdən xəbər vermişlər) Yaxud dövr (darət-ərəbcə- دَارَتِ) sözünü heyran olmaq kimi də tərcümə etmək olar. Əgər belə tərcümə olarsa bu da o deməkdir ki, keçmiş qövümlər, ümmətlər Xanımı (s.ə) tanıyıb və məqamına heyran olublar. Çünki rəvayətdə buyrulur: Xanımın Fatimə adlandırılmasının səbəbi məxluqatın onu (s.ə) tanımaqda aciz olması mənasındadır.” (Furatul-Kafi təfsiri 581) QEYD: Hədisdən və hədisin şərhindən anlaşılan budur ki, necəki Allah Təala Quranda keçmiş ümmətlərdən peyğəmbər olmayan fəzilətli xanımlar barəsində İslam peyğəmbərinə xəbərlər vermişdir (Məryəm, Həcər, Sara), eləcədə böyük fəzilət sahibi Həzrət Fatimə (s.ə) haqqında da öncəki peyğəmbərlərə xəbərlər verilmişdir. Bu cür bir ailəyə sahib olmaq, Hz. Əlinin həyat yoldaşı olmaq, bu cür övladlara sahib olmaq, 11 imamın və imamzadələrin anası olmaq, mübahilə günün qəhrəman qadını olmaq, keçmiş ümmətlərə tanıtdırılan, uca mənəvi ismət məqamına sahib olmaq və sair bitməyən fəzilətlər Həzrət Zəhraya məxsusdur! Oxşar xəbərlər
|