Məsumlar (ə) bayramları necə keçirərdilər?
Mьəllif: admin1
Tarix: 20-02-2022, 10:39
Məsumlar (ə) bayramları necə keçirərdilər?
O zaman ki, Məsumlar (ə) hansısa bayrama hazırlaşırdılar, proqramları olurdu ki, ona əməl edirdlər.

Onların proqramları ilə biz də tanış olaq:

1. Təkbir deyərdilər. Həzrət Peyğəmbər (s) buyurur: “Bayramlarınızı “Allahu Əkbər!” deməklə zinətləndirin”.

2. Pakizə paltar geyinmək. İmam Sadiq (ə) buyurur: “Lazımdır ki, mömin insan Qədir-Xum günündə ən pakizə və ən münasib paltarını geyinsin”.

3. Təbəssüm və gülümsəmək. İmam Əli (ə) buyurur: “Peyğəmbərin (s) gülməyi elə təbəssüm etməsi idi. Bir gün ənsar cavanların yanından keçirdi ki, ağızlarını açıb gülürdülər. Həzrət (s) buyurdu: “Ölümdən ibrət alın ki, hər bir ləzzət və xoşluğu sındırandır””.

4. Təbrik demək. Təbrik demək – hər bir bayramın ən mühüm hissəsidir. Belə günlərdə Həzrət Peyğəmbər (s) insanlara buyurardı ki, təbrik etsinlər.

5. Şad etmək. İmam Sadiq (ə) buyurur ki, Qədir-Xum günü – şadlıq günüdür.

6. Dua və oruc. İmam Həsən Əsgəri (ə) buyurur: “Şəban ayının 3-də İmam Hüseynin (ə) mövlududur, oruc tutun və bu duanı oxuyun:

الّلهُمَّ انِّی اسْئَلُک بِحَقِ الْمَولُودِ فی هذا الْیوْم

7. Namaz. Bayramın ən mühüm hissəsini namaz və ibadət təşkil edir. Cümə günündə cümə namazı, bayram günlərində isə onlara məxsus olan namazlar qılınar.

8. Ətir vurmaq. İmam Sadiq (ə) buyurur: “Ən xoş iyli və ən yaxşı ətirlərlə özünüzü ətirləndirin”.

9. Bayram süfrəsi açmaq. Fəyaz ibni Muhəmməd Tusi nəql edir: “Qədir-Xum bayramlarının birində İmam Rzanın (ə) xidmətində oldum və gördüm ki, çox sayda insan vardır. Həzrət (ə) onları iftar yeməyi üçün evində saxlamışdı. Evlərinə isə yemək, paltar, üzük, ayaqqabı göndərirdi”.

10. Yoxsullara yardım etmək. İmam Əli (ə) buyurur: “Özünüzün fitrə zəkatını ödəyin. Çünki fitrə zəkatı – Peyğəmbərin (s) sünnəti və İlahi vacibatdır”.

11. Sileyi-rəhm etmək. Məsumlar (ə) bayram günlərində sileyi-rəhmə xüsusi əhəmiyyət verirdilər.

12. Ailə üzvlərini şad etmək. İmam Əli (ə) buyurur: “Allah sizə rəhmət etsin. Evlərinizə gedin və ailələrinizi şad edin”.

13. Hədiyyə vermək. İmam Rza (ə) buyurur: “Bu günü (bayram günü) qardaşına bəxşiş et”.

Allah Təala bizlərə hər işdə Məsumlara (ə) oxşamağı nəsib etsin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031