Günahlarınızı dərhal yaxşılıqla əvəz edin ki, Quranın bu ayəsi sizə də şamil olsun – İslam əxlaqı
Həzrət İmam Baqir (ə) buyurub: “And olsun Allaha! Mütəal Allah insandan iki xislətdən başqa bir şey istəmir: Nemətləri iqrar etsin ki, ona olan nemətlərini artırsın və günahlarını etiraf etsin ki, (bağışlanma diləsin) onları bağışlasın". (Muşkatul-ənvar 110)
Tövbə və bağışlanmaq Allah Təalanın insanlara bir lütfüdür. Allah tövbə vasitəsi ilə öz rəhmət və mərhəmətini bəndəsinə şamil edir.Sankı bəndəyə rəhm edib onu cəzalandırmağa tələsmir, elə bil ona bir daha şans verir. Bu ilahi rəhmətdir! Həmçinin Allah Təala günahı bağışlamaqla yanaşı, bəzən elə olur ki, hətta günahı yaxşılığa da çevirir. Təbii ki, bu vəziyyət insanın səyindən, niyyətindən, çalışmasından aslıdır. İmam Baqirin (ə) buyurduğu kimi insan öncə ilahi nemətləri iqrar etməlidir. Nemət dedikdə təbii ki, nemətlə bərabər nemət sahibi də iqrar olunur. Bu da Mütəal Allaha iman və Onun qüdrətini təsdiq deməkdir. Günahları etiraf dedikdə isə bu da bir etiqad və bu etiqada əminlik deməkdir. İnsan günah anlayışını qəbul etməklə pis əməlinin bir gün onun qarşısına çıxacağını, bu əməlin acı nəticəsi ilə üzləşəcəyini iqrar etmiş olur. Həmçinin insan günahı etiraf etməklə Allahın qüdrətini təsdiq, rəhmətinə ümid etmiş olur. İnsan nemətlərin iqrarı və günahların etirafı kimi bu iki geniş məfhuma əməl etdikdən sonra yaxşı işlərə səy etməlidir ki, Quranın bu ayəsi onun halına şamil olsun: “Həqiqətən, yaxşı əməllər pis işləri yuyub aparar. Bu, (Allahın mükafatını və cəzasını) yada salanlara öyüd-nəsihətdir.” (Hud-114) Ayətullah Cavad Amili günahların bağışlanılması, hətta günahın savab və yaxşılığa çevrilməsi barədə tövsiyə edərək buyurub: “Dini mənbələrdə tövsiyə olunub ki, hər hansı bir günaha mürtəkib olduğunuz zaman (günah etdiyiniz zaman), dərhal yaxşı bir iş görün. Belə edin ki, pis əməliniz yaxşılıqla əvəz olsun!” Dərhal yaxşı işlər görək ki, Mütəal Allah günalarımızı yaxşılıqla əvəz etsin. Quranın bu ayəsi bizə də şamil olasun. (İslaminSesi) Oxşar xəbərlər
|