İnsanın başına gələn çətinlik və müsibətlərin əsas səbəbi Quran işığında
İslam dini insana əsas iki mühüm məsələni aşılayır. Bunlar düzgün etiqad və saleh əməldir. Bu ikisindən qeyrisi insanlığın ziddinədir.
Yəni insanın yaradılış hədəfi ilə ziddir. Düzgün etiqada sahib olmayan və bəd əməl, pis əxlaq sahibi olan insan bu dünyada öz vəzifəsini layiqincə icra etməmişdir edməkdir. Bu səbəbdən “Əsr” surəsində Quran insanı ziyan içində adlandırır. Yalnız iman gətirən və saleh əməl sahiblərindən savayı (Əsr-3). “Əsr” surəsi insanı ziyan içində adlandırır. Təbii ki, bu ziyan dünya və axirət ziyanıdır. Çünki əbədi həyat olan axirət məkanı insanın dünya fəaliyyəti sayəsində qazanılır. Dünyasını hədərə və insanın ali hədəfindən kiçik olan şeylərə sərf edən insan, təbii ki, ziyan içində olacaqdır. İstər dünyada olsun, istər axirətdə başına gələn bəla və müsibətlər insanın öz “qazancıdır”. Quran bu barədə buyurur:“(Ey insan!) Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə özündəndir.” (Nisa-79) Allah Təalanın ədalətindəndir ki, hər kəsə öz əməli müqabilində cəza və mükafat verilsin. Əgər bir əməlin cəza və mükafatı olmazsa, o əməl qarşılıqsız qalar. Belə bir iş ilahi ədalətlə ziddir. Quran ayələrinə əsasən insanın nicatı, ilahi əzabdan amanda qalıb, mükafata yetişməsi üçün iki əsas amil mühümdür. Bunlar düzgün etiqad (iman) və saleh əmədir. Çünki Quranda buyurulur: “Əgər siz şükür etsəniz və iman gətirsəniz, Allah sizə nə üçün əzab versin ki?” (Nisa-147) Ayəyə əsasən insanın əzab və çətinliklərdən qurtuluş yolu iki xüsusi dəyərdədir. Bunlar iman və şükürdür. İman və şükür ayrı-ayrılıqda ifadə olunsalarda əslində ikisi bir dəyərdir. Çünki hər ikisinin kökündə ilahi etiqad durur. İnsan iman gətirməklə rəbbini tanıyır, nemətləri iqrar etməklə Onun qüdrətini təsdiq etmiş olur. Ayədən də göründüyü kimi “Əgər iman gətirib, şükr etsəniz...” deyə buyurulur. (İslaminSesi) Oxşar xəbərlər
|