Hacılar karvanı və hiyləgər müftəxorlar
Keçmiş zamanlarda müsəlmanlar üçün ən uzun səfər – həcc səfəri idi. Bir dəstə karvan həcc ziyarəti üçün yola düşür və səhərdən axşama qədər at çapır və qatırı qovur. Çox yorulurlar. Bir yerdə çadır qururlar və hər kəs gətirdiyi ərzaqdan qazana tökür ki, yemək bişirib hamısı bir yerdə yesinlər. Yeməyin xoş ətiri hər yeri bürüyür.
Elə ki, yemək hazır oldu və bir dəstə bekar və işsiz-gücsüz adam yoldan gəlib çıxdı və yemək bişirənlərə yaxınlaşdılar və dedilər: “Biz də sizin yeməyinizdə şərikik”. Aşpaz dedi: “Hər kəs onu bişirmək üçün özü ilə bir şey gətirmişdir. Ona görə şərikdirlər. Əgər bir qədər ehsanlıq istəyirsinizsə, bu, başqa məsələ”. Onlar bu sözləri eşidib bir siçan tutdular və qazanın içinə atdılar. Dedilər: “Biz də sizin yeməyinizdə şərikik, çünki içinə ət atmışıq”. Hacılar bu işdən narahat oldular və dedilər: “Axı siçan əti haramdır?! Nə üçün belə etdiniz?!”. Həmin dəstənin adamları bu vəziyyətdən sui-istifadə edib, dedilər: “Əgər yeməyin haram olmasına bais olmuşuqsa, onda onu özümüz yeyərik ki, tullanmasın”. Bundan sonra qazanı qabaqlarına qoydular və axıra qədər yedilər. Məlum oldu ki, bunlar halal-haram ayırd etməyən avara və müftəxor adamlardır. Hacılar bunları cəzalandırmaq istədi, amma getdikləri ziyarəti nəzərə aldılar. Çünki, avaralar yalandan deyəcəkdilər ki, hacılar onlardan bir tikə çörəyi əsirgədilər və dindar insanlar barədə mənfi rəy yaradacaqdılar. Bu bekar adamların hidayəti üçün Allaha dua etdilər və yavan çörəklə özlərini doyuzdurdular. Avaralar bu rəftarı görüb, ədəbsiz əməllərindən xəcalət çəkdilər. Onlar hacılara dedilər: “Gəlin yolboyu sizə nökərçilik edək, haqqınızı basmışıq”. Hacılar dedilər ki, buna ehtiyac yoxdur. Əgər bu dəstə həqiqi tövbə etsə, onda hacılar haqlarını halal edəcəklər. Həmin dəstə peşman bir halda tövbə etdi və bir daha belə bir əməllərlə məşğul olmayacaqlarına, iş-gücün qulpundan yapışacaqlarına söz verdilər. /Deyerler.org/ Oxşar xəbərlər
|