Ayətullah Behcət: “Müaviyyə (lən) ilə Yezidin (lən) malik olduqları durum, bizdə potensial halındadır. Özümüzlə çox qürurlanmayaq ki, belə deyildir. Allaha pənah aparaq!”
Mьəllif: admin1
Tarix: 13-03-2018, 15:42
Ayətullah Behcət: “Müaviyyə (lən) ilə Yezidin (lən) malik olduqları durum, bizdə potensial halındadır. Özümüzlə çox qürurlanmayaq ki, belə deyildir. Allaha pənah aparaq!”
İnsan gərək bəzən öz əməl dəftərinə baxıb nə etdiklərinə və nə edəcəklərinə bir nəzər salsın. Heç indiyə qədər Allaha xatir maddi nemətlərə göz yummuşdur, yoxsa yox?

Allah Təala buyurur: “Ey iman əhli! Allahdan qorxun və dünya işlərinə yaxşı baxın ki, Qiyamətin sabahısı üçün hansı əməli qabaqcadan göndərmisiniz”.

İmam Xomeyni (r) “40 hədisin şərhi” kitabında buyurur: “Əgər əmmarə nəfsi boş buraxıb və düz yola addım ata bilsək, bu zaman Allah yolu asan və yüngül olar. İnsanlıq yolu aydın və geniş olar. Addımları get-gedə Haqqın addımları olar. Əmmarə nəfsdən və onun təsirlərindən qaçar olar”.

Ayətullah Behcət buyurur: “Müaviyyə ilə Yezidin malik olduqları durum, bizdə potensial halındadır. Özümüzlə çox qürurlanmayaq ki, belə deyildir. Onlar cəhənnəmdən gəliblər, biz isə behiştdən. Allaha pənah aparaq!”.

Yəni, nəfsimiz bizimlə o qədər düşməndir ki, bizimlə bu işi görə bilər. Bizə elə yerə süqut etdirər ki, Şimr (lən), Yezid (lən) kimi olarıq. Əgər həqiqətən, nəfsimizi öz düşmənimiz bilsək, onunla həmişə şəkk və sui-zənlə rəftar edərik.

Ayətullah Behcət buyurur: “Hər bir kəsdə həqiqətən mövcud olan zülmün bizdə də potensialı vardır. Allah eləsin, bizdə onun şəraitləri həyata keçməsin. Onların imtahanına biz də düçar olmayaq. Allah bizə tofiq versin ki, əgər imtahan olunsaq, pisi yaxşı və yaxşını da pis görməyək”.

İmam Sadiq (ə) buyurur: “Peyğəmbər (s) ordunu döyüşə göndərir və qayıdan zaman buyurur: “Xoş gəlmisiniz deyirəm o dəstəyə ki, kiçik cihadı arxada qoyublar. Halbuki böyük cihadları qalıbdır”. Soruşurlar ki, böyük cihad nədir? Buyurur: “Nəfslə mübarizədir””.

Biz nəfsimizlə mübarizə aparmaq üçün bir təlim proqramına malik olmalıyıq. Biz gərək nəfsimizlə cihad etmək elmini öyrənək. Bu elmi əxlaq və ya nəfsi tərbiyə elmi adlandırmaq olar. Ancaq bu elm - Əmirəl-möminin (ə) buyurduğuna görə dindən agahlıq elmidir.

Biz gərək nəfsimizlə düşmən olaq və onun hücumlarından hər an nigaran olaq. Bizim nəfsani istəklərimiz çox çirkin və xəbisdir. Əgər onu düşmənimiz bilməsək və onunla mübarizə aparmasaq məntiqsiz və qorxulu insana çevrilərik.

Həzrət Peyğəmbər (s) buyurur: “Sənin ən pis düşmənin – batinində olan nəfsindir”.

İmam Kazım (ə) öz tərəfdaşlarından birinə buyurur: “Öz nəfsinlə cihad et ki, onu istəklərdən saxlaya biləsən. Bu iş düşmənlə cihad etmək kimi sənə vacibdir”.

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930