Şeytan insanın malına və övladına necə şərik olur? - Qurani-Kərim
Mьəllif: admin1
Tarix: 13-03-2018, 21:55
Şeytan insanın malına və övladına necə şərik olur? - Qurani-Kərim
Şeytan və insan anlayışı sanki iki qəhrəmanı xatırladır. Bir-biri ilə çarpışan iki, müsbət və mənfi obrazlı qəhrəman.

Şeytanın həqiqəti barədə insanların fikirləri müxtəlifdir. Kimi onu həqiqi, canlı, müstəqil bir varlıq, kimi isə xəyali bir obraz kimi düşünür. Amma kimin necə bilməyindən aslı olmayaraq Allah-Təala onu bir varlıq kimi təqdim etmiş və onu insanın açıq aşkar düşməni kimi tanıtmışdır.

Çünki Qurana əsasən Adəmə səcdə etmək əmri veriləndə İblis səcdə etməmişdi. Səcdə etmək, boyun qaçırmaq, cənnətdən qovulmaq kimi bütün bunlar Şeytanın müstəqil bir canlı olmasını göstərir.

Şeytanın fəaliyyəti və Allah Təalanın ona verdiyi icazə ilə bağlı “ar.hawzahnews” saytı Ayətullah Seyyid Sistaninin dəftərxanasına sual ünvanlayıb. Sualda deyilir:

“(Şeytana)bacarırsansa onların mallarına və övladlarına şərik ol, onlara cürbəcür (yalan) vədlər ver...” ayəsinin mənası nədir?

Cavab:

İnsana şərik olması ifadəsi heç də doğulan övladın (insanın) bir hissəsinin şeytanın bir parçası olması mənasında deyildir. Əksinə bu şəriklik övlada verilən fayda və mənfəətdədir. Təfsiri-mizanın müəllifi mərhum Əllamə Təbatəbai bu məsələni belə açıqlayır:

“Şeytanın insanın mal və övladına şərik olması, insanla bu kimi işlərin mənfətində (ələ gəlməsində) ortaq olması mənasındadır.

Necə ki, Allah Təala malı insanın təbii ehtiyaclarını aradan qaldırmaq üçün bir vasitə qərar verib. İnsan mal, sərvət əldə etməklə öz təbii ehtiyacını aradan qaldırmağa çalışır.

Qeyri halal yol ilə də əldə edilən malda insan öz ehtiyacını aradan aparmağa çalışır, Şeytan da insana hakim olmaq üçün (malın haramdan hasil olmasında) bu fürsətdən istifadə edir.

Yaxud inasan qazancı halal yol ilə əldə edir, lakin bunu qeyri halal yolda sərf edir. Bu zaman hər ikisi “özünə məxsus” mənfəət aparır (yəni insan günahın şirinliyini dadır, şeytan isə arzusuna çatır).

(Həqiqətdə) Bu Allahın rəhmət xəzinəsindən məhrum olmaq deməkdir!

Yaxud insan qeyri halal yol ilə (zina) dünyaya gəlir, yaxud halal yol ilə dünyaya gəlir amma düzgün olmayan tərbiyə ilə tərbiyələnir. Valideyni onu Allahın buyurduğu ədəbdən başqa yol ilə tərbiyə verir. Beləcə övladı öz nəfsinə Şeytana pay (quban) etmiş olur. Və bu kimi müqayisələr...

Bu, qeyd olunan ayənin ən düzgün mənasıdır və bu ayə haqqında deyilən sözlərin ümumi formasıdır. Bu mənanı başqa şəkildə belə deyən də vardır: Şeytanın mal və övlad da şərik olması, malın düzgün olmayan haram yol ilə əldə edilməsi, övladın isə zinadan doğulmasıdır...)”” (Əl-mizan 13/147)

Həmçinin Mərhum Əllamə başqa bir yerdə buyurur: “Şeytanın insana şərik olması kimi ifadələr kinayə ilə deyilmiş ifadələrdir. Belə ki, bu kimi bənzətmələr həqiqi qəsd edilmiş mənanı anlatmaq üçündür. Buna bənzər ifadələr rəvayətlərdə çox qeyd edilmişdir.” (Əl-mizan 13/151).
(İslaminSesi)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031