“Hansı tərəfə üz tutsanız Allah oradadır” – Elə isə nə üçün üzü qibləyə dururuq?
Mьəllif: admin1
Tarix: 14-03-2022, 22:20
“Hansı tərəfə üz tutsanız Allah oradadır” – Elə isə nə üçün üzü qibləyə dururuq?
Din sözünün istilahi (işlənmə) mənası ilahi qanunlar toplusu deməkdir. Bəzi dünşünaslar dini iki qismə:ilahi (səmavi) dinlər və bəşəri dinlərə bölürlər. Bəşəri dinin əsasında “Allah” anlayışı olmur.

Bəşəri dinlər əsasən insan düşüncəsinə əsaslanır. Məsələn hindu dinlərini buna misal çəkmək olar. Bunlar əsasən din yox, fəlsəfi, əqli cərəyanlardır.

Səmavi dinlər isə Allah qanunlarına əsaslanan dinlərdir. İslam dini də Mütəal Allaın göndərdiyi kitaba və peyğəmbərinin (s) sünnəsinə (əməl, söz və davranışına) əsaslanan bir dindir. İslam dini öz qanunlarını bu iki mənbəyə istinad edir.

İslam dininin əhəmiyyət verdiyi, hətta bəzi ibadətlər və dini ayinlər zamanı vacib buyurduğu məsələlərdən biri də “qiblə” məsələsidir. Müsəlmanların ibadət zamanı yönəldiyi qiblə Kəbə evidir.

Kəbə qiblə olaraq Allah Təala tərəfindən təyin edilmiş, hətta bəzi ibadətlər və müəyyən əməllər zamanı qiblə səmtinə yönəlmək vacib buyurulmuşdur:

“(Ya Rəsulum!) Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidülhərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin!” (Bəqərə-144)

Bütün bunlarla bərabər qiblə barəsində insanlarda müxtəlif suallar yaranır və bu barədə müxtəlif suallar ünvanlayırlar:

Sual: Quranda buyrulur: “Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah oradadır. Şübhəsiz ki, Allah ( mərhəməti ) genişdir, (O, hər şeyi) biləndir!” (Bəqərə-115). Elə isə qiblənin təyin edilməsi və ibadət zamanı bu səmtə yönəlmək hansı zərurətdən irəli gəlir?

Cavab: Bu suala Ayətullah Məkarim Şirazinin təbiri ilə cavab verək:

“Qibləyə yönəlmək heç də Allah Təalanın müqəddəs zanını məhdudlaşdırmaq mənasında deyildir. İnsan ki, özü maddi bir varlıqdır, namaz qılır, özü məhdud varlıqdır gərək namaz zamanı bir səmtə dayansın. Dində göstəriş verilib ki, hamılıqla bir səmtə namaz qılınsın.

Bununla da müsəlmanların vəhdət və həmahəngliyi qorunsun və əməl zamanı həc-mərclik və pərakəndəlik aradan qaldırılsın. Təsəvvür edin hərə bir istiqamətə namaz qılsa və ya namaz cərgələri dağınıq olsa hansı vəziyyət yaranar?

Hazırda qiblə olaraq təyin edilən Kəbə evi ən qədim tohid məkanlarındandır. Ona tərəf yönəlmək insana tohidi (səmavi dinləri, Allahı) xatırladır. Bu (yönəlmək) Allahın müqəddəs zatına tərəf yönəlmək mənasında deyil.

Biz çox sayda rəvayət və hədislərdən oxuyuruq ki, qibləni təyin etməyə qüdrəti olmayan, yaxud qibləni səhv salan kəs üçün namazın doğruluğu bu ayəyə istinad edilir. Həmin bu ayəni (Bəqərə-115) namazın doğruluğuna dəlil gətirmişlər (qibləni təyin edə bilmədikdə). (Təfsiri-nümunə 1/115)

Qeyd: Sonda işlənən ifadə onu anladır ki, qibləyə yönəlmək Allaha doğru yönəlmək mənasında deyildir. Çünki qibləni təyin edə bilməyən şəxs daha çox ehtimal verdiyi səmtə dayanıb namaz qıla bilər. Bu da o deməkdir ki, qiblə şərtidir.

Sübhanəllah. (Allah, Ona nisbət verilən bütün sifətlərdən pak və ucadır!)


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031