Nə üçün ibadət edirik?
Mьəllif: admin1
Tarix: 10-03-2024, 10:26
Nə üçün ibadət edirik?
İmam Sadiq (ə) buyurur: “Allah Təala buyurmuşdur: ““Ey mənim düzgün bəndələrim! Dünyada Mənim ibadətimlə nemətlənin, çünki axirətdə onun vasitəsilə nemətlənəcəksiniz”.

Həzrət Peyğəmbər (s) buyurur: “Ən üstün kəs o insandır ki, ibadətə aşiqdir. Ona görə də əlini onun boynundan assın və səmimi qəlbdən sevsin. Özünü ona vəqf etsin. Qorxusu olmasın ki, dünyası çətin keçəcəkdir, yoxsa asan”.

Həzrət Peyğəmbər (s) buyurur: “Ən üstün iş və məşğuliyyət – ibadətdir”.

İmam Əli (ə) buyurur: “Qorxun o Allahdan ki, Öz nəsihətləri ilə sizə fayda vermiş və risaləti ilə sizə öyüd vermişdir. Nemətləri ilə sizə minnət qoymuşdur. Ona görə də canlarınızı Ona ibadət üçün ram edin və itaət haqqını yerinə yetirin”.

İmam Əli (ə) buyurur: “Dahilərin üstünlükləri – ibadətlərinin gözəl olmasındadır”.

Həmçinin Mövlamız Əli (ə) buyurur: “Nə zaman Allah bəndəsini sevər – ibadətin yaxşılığını onun qəlbinə salar”.

İmam Əli (ə) buyurur: “İbadətin təkrar olması – səadəti əldə etməyin dəlilidir”.

Əmirəlmöminin (ə) buyurur: “Heç bir (Allaha) yaxınlaşmaq istəyən, ibadətdən başqası ilə ona yaxınlaşmamışdır”.

Həzrət Peyğəmbər (s) buyurur: “Allahınız buyurur: “Ey Adəm övladı! Özünü Mənim ibadətim üçün ayır ki, qəlbini ehtiyacsızlıqla dolduram. Əlini ruzi ilə dolu edəm. Ey Adəm övladı! Məndən uzaqlaşma ki, qəlbini yoxsulluqla dolduraram və əllərini giriftarlıqla dolu edərəm””.

İmam Sadiq (ə) buyurur: “Tövratda yazılmışdır: “Ey Adəm! Özünü Mənim ibadətim üçün ayır ki, qəlbini qorxumla dolduram. Əgər özünü Mənim ibadətim üçün ayırmasan, qəlbini dünya məşğuliyyətləri ilə dolduraram. O zaman ehtiyac qapısını üzünə bağlamaram və səni tələb etdiyin şeyə tapşıraram””.
(İslami saytlara istinadən)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031