Dualarda tələb olunan “rizq və ruzi” ifadələri hansı dərin mənaları əhatə edir
Mьəllif: admin1
Tarix: 15-03-2018, 10:33
Dualarda tələb olunan “rizq və ruzi” ifadələri hansı dərin mənaları əhatə edir
İnsanın ən mühüm vəzifəsi öz yaradanını tanıması, özünün islahı, mənəvi yüksəliş əldə etməsidir. İnsanın dəyər və qiyməti yalnız bu yüksəlişdədir.

İnsan yalnız özünün bu müqəddəs vəzifəsini tanımaqla mənəvi yüksəliş və dəyər qazana bilər. Çünki Quran insana yalnız bu meyarla dəyər verir və ümumilikdə bütün mənəvi keyfiyyətləri bir adla, “təqva” adı ilə təqdim edir:

“Sizin Allah yanında ən üstününüz daha təqvalı olanınızdır” (Hucurat-13).

İnsanın Allahı “tanıması”, Onu təsdiq etməsinin bir çox göstəriciləri vardır ki, bunlara müxtəlif növ ibadətləri, halal-harama diqqəti, Allahın məxluqatı ilə gözəl rəftarı və sair misal çəkmək olar. Həmçinin bütün bu gözəlliklərin içində “duanı” xüsusi qeyd etmək lazımdır.

Çünki “dua” elə bir mənəvi “məktəbdir” ki, öz daxilində inasanın bütün daxili aləmini, əqidə və düşüncəsini, qəlbinin və zehninin dərinliklərində olanları əks etdirir. İnsan sanki bütün “topladıqlarını” dua ilə izhar edir (göstərir).

Çünki “dua” edib istəmək kimdən istəməyi, nə istəməyi, necə istəməyi öyrədən bir “məktəbdir”.

Duanın, istəməyin əsasında xeyir durur. Çünki insan yaradılış etibarı ilə özü üçün xeyir istəyən bir varlıqdır. Kimsə özünə pislik və zərər istəməz! İnsanın özü üçün bütün istədikləri bu kimi xeyir, bərəkət ümumilikdə “rizq-ruzi” adlanır.

Bəli, “rizq-ruzi” ümumi mənadadır, nəinki təkcə yemək mənasında. Bəzən insanın maddi durumu yaxşı səviyyədə olur. Bu səbəbdən öz dualarında “ruzi” diləməyə həya edir. Lakin “ruzi” tək yemək-içmək mənasında deyil.

Bəlkə, “ruzi” məfhumu ümümi xeyir-bərəkət mənasındadır. Allahın Rəsulu (s) buyurub:

“Əldə etdiyin bütün nə varsa, ondan bəhrələnmədiyin halda sənin ruzin deyil.” (Yəni mənfəət apardığın, bəhrələndiyin halda sənin ruzindir)

“Ruzi” kəlməsi “Sahibul-lüğət” kitabında və başqa kitablarda mənfət apardığın, faydalandığın şey və həyatın davamına səbəb olan vasitələr mənasında məna edilmişdir. Bunlar həm dünyəvi, həm də axirət nemənləri ola bilər.

Həmçinin mərhum Əllamə Təbatəbai “Şübhəsiz ki, ruzi verən də, qüvvət sahibi də, yenilməz olan da Allahdır!” (Zariyat-58) ayəsinin təfsirində ruzi kəlməsini təfsir edərkən buyurur:

“Aydın olur ki, məxluqatın bəhrələndiyi, fayda əldə etiyi nə varsa hamısı ruzidir, həmçinin Allah da ruzi əta edəndir.”

Qeyd: Ruzi tək yemək mənasında deyildir. Bəlkə daha geniş mənada, insanın yaşaması üçün faydalı olan hər bir şey Allahın ruzisi, nemətidir.

(İslaminSesi)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031