Mütəal Allahın insana verdiyi ilk cəza - Hz. Musaya (ə) edilən vəhy
Mьəllif: admin1
Tarix: 16-03-2018, 12:53
Mütəal Allahın insana verdiyi ilk cəza - Hz. Musaya (ə) edilən vəhy
“Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!” (Rəd-13)

Zikr və qəlbin aramlığı insan üçün ən böyük nailiyyətdir. Naliyyətdir ona görə deyilir ki, insan bu ilahi neməti öz səyi və zəhməti ilə əldə edir.

Qəlbi aramlığa yetişmək üçün insan müxtəlif növ ibadətlərin, zikrlərin, oruc və digər vacib, müstəhəb buyurulmuş əməlləri yerinə yetirməyin, yaxud haramlardan çəkinməyin çətinliklərinə səbr edir. Nəticədə Mütəal Allah onun bu səy və mübarizəsini mükafatla qiymətləndirir.

Bu mükafatlar müxtəlif cürdür. Dünya nemətləri, axirət nemətləri. Lakin bütün dünya və axirət nemətlərindən ən üstünü insanın qəlbinə Allah məhəbbətinin, Allah zikrinin şirinliyini dadmaqdan üstün bir nemət yoxdur.

Quran buyurur: “İman gətirənlərin (qəlblərində) Allaha məhəbbəti daha qüvvətlidir.” (Bəqərə-165)

Bunun əksi də bu cürdür. Bütün bəla və çətinliklərdən ən çətini, bütün bədbəxliyin ən ağırı insanın qəlbindən Allah zikrinin şirinliyinin alınmasıdır.

Hətta hədisi qüdsilərin birində Allah Təala bir günahkara bəla və çətinlik göndərməmişdən öncə, birinci onun qəlbindən Öz zikrinin şirinliyini almaqla cəzalandırır. Bu günahkara yetişən ən birinci ilahi cəzadır.

Hədislərdə buyurulur ki:

Bir gün Hz. Musa (ə) bir məhəllədən keçərkən qarşısına bir kişi çıxır və deyir:

-Ey Musa! Mənim bir sifarişim var. Onu öz rəbbinə catdır! De ki, mən heç yerdə Onu xatırlamıram (ehtiyacım yoxdur). Mənim bütün işlərim yolundadır. Heç bir çətinliyim yoxdur!

Hz. Musa (ə) Tur dağına yetişib raz-niyaz etdi. Lakin həmin kişinin xəbərini öz rəbbinə heç cür deyə bilmədi. Allahdan nida gəldi:

Ey Musa! Bəndəmin sifarişini Mənə de!

Hz. Musa (ə) kişinin dediklərini təkrarladı. Mütəal Allahdan belə xitab gəldi:

Bəndəmə de ki, sən elə bir əzaba düçar olmusan ki, özünün də bundan qəflətdəsən (xəbərsiz)! Mən öz zikrimin şirinliyini və Məni xatırlamağın şirinliyini sənin qəlbindən çıxarmışam. Məndən qafil olmusan! (Bu ən böyük əzabdır).

Həqiqətən qəlblər yalnız Allahın zikri ilə şəfa tapar! Əgər zikrin qəlbə fayda və şirinliyi yoxdursa bu bir cəzadır!
(İslaminSesi)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031