İmam Baqir (ə) 3 gizli mühüm mətləbi belə bəyan etdi
Mьəllif: admin1
Tarix: 2-03-2023, 20:19
İmam Baqir (ə) 3 gizli mühüm mətləbi belə bəyan etdi
Ağlı heç bir işin hədəfsiz və məqsədsiz olmadığını qəti şəkildə qəbul edir. Elə isə hər bir işin, əməlin, niyyətin hədəfi olduğu halda insanın bu aləmə gəlib, yaşayıb dünyanı tərk etməsinin hədəfi nədir?

Qurani Kərim bu və bu kimi bütün mühüm suallara cavab vermişdir. Bunlardan biri də insanın nə üçün yaranması sualıdır. Quran insanın yaranışındakı hədəfi məhz Allahın tanınması, Ona ibadət olunması üçün ağıl sahibi və düşünən bir varlıq olaraq yaranmasını qeyd edir:

“İnsanları və cinləri mənə ibadətdən başqa bir (hədəf) üçün yaratmamışam.” (Zariyat-56)

Elə isə yaradılış hədəfi Allahı tanımaq olan insanın vəzifəsi nədir?

Dini mənbələrdə bütün vəzifələr ayrı-ayrılıqda qeyd olunub. Bütün bunlar demək olar ki, əsas iki nöqtədə cəm olur: Allahın rizasını qazanmaq və ilahi qəzəbə səbəb olan işlərdən uzaq olmaq.

Bir də mühüm bir mətləb vardır ki, o da bu iki mətləbin daxilindədir. Lakin mühüm olduğu üçün qeyd edirik. Bu Alahın məxluqatı ilə gözəl əxlaqla, insafla davranmaqdır.

İmam Baqir (ə) bu 3 mətləbə, bu mətləblərin əhəmiyyətinə diqqət çəkərək buyurur:

1 – Allah, Öz rizasını itaətdə, bədəçilikdə gizli qərar verib, heç bir itaəti, xeyirli əməli kiçik hesab etməyin. Ola bilsin Allahın rizası həmin o işə olmuş olsun.

2 – Allah, Öz qəzəbini günah və üsyankarlıqda gizli qərar verib. Heç bir günahı kiçik hesab etməyin. Olsun ki, bu iş Allahın qəzəbinə səbəb olsun.

3 – Allah, Öz dostlarını xalqın arazında gizli qərar verib. Heç bir Allah bəndəsini həqir, xar görməyin. Ola bilsin həmin şəxs Allahın vəli-dostu olsun.

İmam (ə) insanın bütün vəzifələrini ümumilikdə bəyan edən bu 3 cümlə ilə demək olar ki, insanlığın kamil bir planını əks etdirib. Bununla da insanın qazana biləcəyi ən böyük uğur Allahın rizasıdır.

“Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən! Cənnətimə varid ol!” (Fəcr 28-30).


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930