Uşağa fiziki tənbehin pis təsirləri
Bəzən fiziki tənbehin əlacı olmayan zərərləri olur. O cümlədən: 1. Get-gedə uşaq zor işlənərkən sorğu-sualsız təslim olmağı adət edir. Və zor gücünün, quldurluğun həmişə qalib olduğu məntiqinə inanır. Yəni nə vaxt əsəbiləşdin qoruxma vur! 2. Get-gedə uşaqda tənbeh edənə qarşı bədbinlik yaranır və nəticə etibarı ilə onda tərslik sözə baxmamaq halı meydana gəlir. 3. Belə uşaq sonralar adətən qorxaq şəxsiyyəti qırıq və normal ruhi keyfiyyətləri pozulmuş halda olur. Fiziki tənbehin pis təsirlərini nəzərə alaraq İmam Sadiq (ə) bunun uşağa qarşı xətərləri barəsində söhbət edəndən sonra əlavə edib buyurur: لا حد علی الاطفال لکن یودبون ادبا بلغا "Uşağa dair cəza tədbiri deyil onu düzgün yolla tərbiyələndirmək gərəkdir". Bir çox tərbiyəçi və böyüklər də uşağın tərbiyəsində fiziki tənbehdən istifadə etməsələr də bu dəfə onlar uşağı qaranlıq və ya digər qorxulu yerlərdə məhbus etmək, onu danlamaq, söymək və təhqir etmək kimi xoşa gəlməz tərbiyə üsullarına əl atırlar. Qeyd edək ki, bu cür tənbehlərin göstərdiyi mənfi təsirlər heç də fiziki tənbehlərdən az deyil. Bu növ tədbirlər yenə öz növbəsində uşağın şəxsiyyətinə zərbə vurmaqla yanaşı yaxşı nəticələr vermir. Yəni bu növ tənbehlər səbəb olur ki, uşaq həm bu cür rəftar və danışıqlara adət edə, həmdə böyüklərdən bunları öyrənə. Bundan da əlavə, çoxlu danlaq nəticəsində uşaq get-gedə sözə baxmayan və tərs olur. Həzrət Əli (ə) buyurur: "Danlaqda ifrata varmaq (həddini aşmaq) tərsliyin atəşini daha da alovlandırar". İslam dini tərbiyə üçün məhəbbət mehribanlıq, nəzakət və mülayimçilik metodunun başqa üsullardan daha faydalı və təsirli olduğunu iddia edir. Əlbəttə, bütün bunlarla yanaşı bəzi vaxtlarda uşağın bəzi xoşa gəlməz əməlləri müqabilində, ona uyğun əksul-əməl göstərilməsi də lazım gəlir. Çünki əgər uşağın xoşagəlməz hərəkətləri bərabərində heç bir əks-əməl göstərilməzsə, o əməlin qəbahəti uşağın nəzərində kiçiləcək və çox güman ki, o işə adət edəcək. Bəs belə isə bir sıra qeyri- fiziki tənbehlərdən istifadə olunmalıdır ki, bu da yalnız ağıl üzündən və düzgün hesablanmış şəkildə həyata keçirilməlidir. Bu tənbehlərə: Uşaqdan küsmək, onu əyləncə və gəzintidən məhrum etmək, sevdiyi işlər və ya oyunları ona qadağan etmək kimi tədbirləri misal göstərə bilərik. Bu cür tənbehlər əgər yerli-yerində və dəqiq icra olunarsa uşaqların tərbiyəsində faydalı və təsirli olacaq. Bir gün bir kişi Həzrət İmam Musa ibn Cəfərə (ə) öz övladlarından şikayət edir. Həzrət ona buyurur: "Övladını vurma və ədəbləşdirmək istəsən ondan küs. Lakin çalış küsülülük çox da uzun çəkməsin". Əlbəttə, əvvəldə qeyd etdiyimiz kimi adətən tənbeh etmə istər fiziki, istərsə də qeyri- fiziki nəticə etibarı ilə bir o qədər də faydalı olmayıb müsbət təsir göstərmir. Eyni zamanda uşaqda islah və tərbiyə olunmağa qarşı rəğbət yaratmır. Uşaq mümkündür ki, qorxu üzündən hansısa bir xoşagəlməz işi aşkarda etməkdən çəkinə, lakin gizlində işinə yenə davam edəcək. Hərdən də o, tənbehin qorxusundan hiyləyə, yalançılığa və riyakarlığa belə əl atır. Bəzi hallarda da tənbeh, əgər yerində və düzgün icra olunarsa, yaxşı nəticələr verə bilər. Bu surətdə tənbeh cəzalandırılan şəxsi düzəltməkdən əlavə (hətta), ətrafdakılara da ibrət dərsi olacaqdır. Elə bu səbəbdən də bəzi vaxtlarda məcbur olub uşaq və ya yeniyetmənin törətdiyi böyük xətası müqabilində və başqalarının gözü qabağında cəzalandırasan ki, onlar da bu səhnədən ibrət götürüb bir daha onun etdiyi səhvi təkrar etməyələr. (İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI) Hacı Rasim Məmmədov Ahlibeyt.ge Oxşar xəbərlər
|