Ayətullah Behcət ümidsiz günahkar barədə
Mьəllif: admin1
Tarix: 23-03-2018, 11:53
Ayətullah Behcət ümidsiz günahkar barədə
Mərhum Ayətullah Behcət buyurur: “İmam Rzadan (ə) hədis vardır ki, buyurmuşdur: “Allahın rəhmətindən ümidsiz olmaq günahı – o günahlardandır ki, insan ən çox düçar olar”.

Əgər günah işləyən zaman onun qarşısını almasaq, halımız İlahi ayələri inkar etməyə və hətta məsxərə etməyə qədər gedib çıxacaqdır.

Ya da o yerə gedib çıxar ki, İlahi rəhmətdən əlimizi üzərik və ümidsiz olarıq. Baxmayaraq ki, günahkar dərk edər ki, etdiyi günahı ilə Allah rəhmətindən xaric olmuşdur. Allahın rəhməti genişdir.

İmam Sadiq (ə) buyurur: “Qiyamət günü Allah (Təala) rəhmətini o qədər genişləndirəcəkdir ki, İblis (də) Allahın rəhmətinə tamah edəcəkdir”.

Ömər ibni Sədə (lən) İmam Hüseyni (ə) qətl etmək üçün nə vədələr vermişdilər. Ancaq o məlun nə şahlığa çatır, nə də Rey mülkünə.

Allaha pənah aparırıq. İnsan özünü hər cəhətdən qorumalıdır ki, aqibəti xeyirli olsun”.

Allah Təala bizləri xof və ümid əhlindən qərar versin, inşəallah!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031