Uşağı yaxşı işlərə təşviq etməyin yolları
Uşağın tərbiyəsində olduqca faydalı və təsirli üsullardan biri də onu yaxşı işlərində təşviq etməkdir.
Adətən təşviq uşağın ruhu və bünövrəsində fövqəladə bir əhəmiyyətə malik olub onu yaxşı işlər görməyə sövq edir. Qayda üzrə hər bir insan özünə hörmət edir, özünü sevir və başqalarının da onun şəxsiyyətinə hörmət edib qədir-qiymət vermələrini istəyir. Beləliklə də əgər uşaq yaxşı işlərində təriflənərsə artıq o işlərə qarşı meyli güclənəcəkdir. Əks təqdirdə əgər yaxşı əməlinə qiymət verməyib onu tərifləməsələr getdikcə bu kimi işlərə etinasız və laqeyd yanaşacaq. Burada Həzrət Əli (ə) buyurur: “Heç vaxt yaxşı və pis əməl sahiblərinə eyni gözdə baxma. Çünki bu rəftar yaxşı əməl sahibini yaxşı işlərindən həvəssiz, pis əməl sahibini isə pis işlərinə təşviq edər.” Bəli, təşviq yolu ilə uşağı yaxşı və lazımlı işlərə yönəltmək, xoşagəlməz işlərdən isə çəkindirmək olar. Hərdən bir qədər nəvaziş, uşağa çalışqanlıqda və ondan ləzzət almaqqda enerji və qüvvət verir, o, bu halda şən əhval-ruhiyyəyə malik olub hər hansı bir müxalifətçilikdən sözə baxmazlıqdan uzaq olur. Təşviq barəsində bir neçə məsləhət Təşviqin faydalı olmağı üçün gərək tərbiyə üsulunun aşağıdaki qaydaları riayət oluna: 1. Uşağı tərifləyərkən gərək onun özünü deyil, gördüyü yaxşı iş və ya yaxşı əxlaqını tərifləyəsən ki, yaxşı işin əhəmiyyətini anlasın. 2. Onun gördüyü iş həqiqətdə də tərifəlayiq olsun, təşviqdən məqsəd təkçə müvəqqəti olaraq uşağı sevindirməkdən ibarət olmasın. 3. Təşviq rüşvət şəklini almaya. Yəni təşviq, məsələn; uşağa "əgər qardaşını incitməsən sənə şirni verəcəyəm" kimi sözlərlə olmamalıdır. Çünki bu halda uşaq elə biləcək ki, hər vaxt ona şirni verməsələr qardaşına əziyyət etmək olar. 4. Təşviqin illəti (səbəbi) gərək təyin edilə ki, uşaq hansı yaxşı işə görə təşviq olunduğunu bilə. 5. Təşviq ümum qarşısında daha təsirli olur. Məxsusən uşaq hansısa bir işi çətinlik və zəhmətlə yerinə yetirdiyi zaman. 6. Tərif və təşviq gərək özünə uyğun və təsəvvür edilən həddindən aşıb keçməsin. Əks təqdirdə uşağı xudbinlik və məğrurluğa (sürükləyər) düçar edər. 7. Təşviq ünvanı ilə təlqin olunan şirini hansısa bir hədiyyə və sairə şeylər əsas məqsəd və hədəf şəklini almamalıdır. Təşviq hədəf və məqsədə doğru yönəlmək həvəs və meylləri daha da gücləndirmək üçündür. Beləliklə də hansısa vəsilə, son hədəf və məqsədin yerini tutmamalıdır. (İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI) Hacı Rasim Məmmədov Ahlibeyt.ge Oxşar xəbərlər
|