Allahın yer üzündə xəlifəsi – insana verilən 4 vədədən biri
“Allah sizdən (müsəlmanlardan) iman gətirib yaxşı işlər görən kəslərə vəd etmişdir ki, onları mütləq özlərindən qabaq olmuşları (Nuhun, Hudun, Salehin və Yunusun qövmlərinin möminlərini) canişin etdiyi kimi yer üzündə (Öz) canişin(i) və hakim edəcək, onlar üçün bəyəndiyi dini (İslam dinini) mütləq, onlar üçün bərqərar edərək möhkəmləndirəcək və onların halını şübhəsiz, qorxu və vahimədən sonra əmin-amanlıq və xatircəmliklə əvəz edəcəkdir. Belə ki, yalnız Mənə ibadət etsinlər və heç nəyi Mənə şərik qoşmasınlar. Kim bundan (bu böyük nemətdən) sonra nankorluq etsə, belələri doğrudan da itaətsizdirlər”. (“Nur” 55).
Allah Təala bu mübarək ayədə möminlərə dörd vədə verir: 1. Onlar üçün saleh cəmiyyət yaradacaq və yer üzünü onların ixtiyarına qoyacaqdır. 2. Dinlərini yer üzündə ən üstün edəcəkdir. 3. Əmin-amanlıq, qorxularının yerini alacaqdır. 4. Ancaq Allaha ibadət edərlər. Allahın vədə verdiyi bu insanlarda iki sifət olmalıdır. 1. Varlıqlarının dərinliklərinə qədər nüfuz edən iman. 2. Saleh əməl ki, bütün bədən üzvləri ilə Mövlanın xidmətində olarlar. Allah bizləri də bu sifətlərə malik olan möminlərindən qərar versin! /Deyerler.org/ Oxşar xəbərlər
|