Zühur zamanında Həzrət İsanın (ə) rolu
Hədislərdə oxuyuruq ki, zühurdan əvvəl Həzrət İsa (ə) Allahın izni ilə yerə enəcəkdir. Hamının qarşısında Həzrət Məhdinin (ə.f) arxasında dayanıb, namaz qılacaqdır.
Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “And olsun o Kəsə ki, məni həqiqi müjdəverən qərar vermişdir. Əgər dünyanın ömründən bir gün qalarsa, Allah həmin bir günü o qədər uzun edər ki, övladım Məhdi (ə) zühur edər. Onun zühurundan sonra İsa (ə) enər, onun arxasında namaz qılar. O zaman yer Pərvərdigarın nuru ilə aydınlanar. Məhdinin (ə) hökuməti şərq və qərbə çatar”. Bu dövrdə Həzrət İsanın (ə) davamçıları çoxluq təşkil etdiyi üçün o zaman ki, İsa (ə) peyğəmbər Həzrət Məhdini (ə.f) bir xilasedici kimi tanıyar, bu səhnəni görən davamçıları peyğəmbərlərinin ardınca Həzrət Məhdiyə (ə.f) iman gətirərlər. Bir gün bir xilasedicinin gəlib dünyanı ədalətə bürüyəcəyi əqidəsi bütün dinlərdə mövcuddur. Ancaq onun xüsusiyyətləri bir-birindən fərqlənər. Biz Əhli-beyt (ə) davamçıları bu əqidədəyik ki, bu xilasedici Həzrət Məhdindən (ə.f) başqası deyildir. Qurani-Kərim hər bir mövzunu möhkəm ayələri vasitəsilə isbat edər. Bunu da nəzərə almaq lazımdır ki, Quran mövzular haqqında ümumi söz deyər. Onu təfsir etmək üçün həqiqi mütəxəssislərin sorağına getmək lazımdır. Yəni, Məsum İmamların (ə) sorağına getmək lazımdır. Quranın nəzərinə görə Yer üzü heç bir zaman İlahi hüccətsiz qalmamışdır. Allah hər bir ümmət üçün münasib bir peyğəmbər seçmiş və insanları düz yola hidayət etmişdir. Sübhan Allah buyurur: “Və küfr edənlər «nə üçün ona Rəbbi tərəfindən (Salehin dəvəsi, Musanın əsası və İsanın süfrəsi kimi) bir nişanə və möcüzə nazil olmamışdır?!» deyirlər. Əslində sən yalnız bir qorxudansan (və möcüzə sənin ixtiyarın və onların seçimi ilə deyil, Allahın əlindədir) və (bəşər cəmiyyətindən olan) hər bir dəstə üçün bir doğru yol göstərən (ya peyğəmbər, ya imam ya da rəhbər) vardır”. (“Rəd” 7). Deməli, dünyada həmişə bir qorxudan və bir doğru yol göstərən olmuşdur və olacaqdır da. İmam Sadiq (ə) bu ayənin təfsirində buyurur: “Hər bir zamanda bizim nəslimizdən olan İmam vardır ki, insanları Rəsulallahın (s) gətirdiyinə hidayət edər”. İmam Rza (ə) Məsum İmamın (ə) zəruriliyi haqqında belə buyurmuşdur: “Əgər yer üzü bir göz qırpımı qədər hüccətsiz qalarsa, əhlini özündən aşağı salar”. Məsum İmamlar (ə) bəşər üçün təhlükəsizlik mənbəyi, İlahi feyz vasitəsidirlər. Allahın xeyir və bərəkəti onların vasitəsilə insanlara verilir. Əgər onların müqəddəs varlığı olmazsa, yer öz əhalisini udar. “Allah sizdən (müsəlmanlardan) iman gətirib yaxşı işlər görən kəslərə vəd etmişdir ki, onları mütləq özlərindən qabaq olmuşları (Nuhun, Hudun, Salehin və Yunusun qövmlərinin möminlərini) canişin etdiyi kimi yer üzündə (Öz) canişin(i) və hakim edəcək, onlar üçün bəyəndiyi dini (İslam dinini) mütləq, onlar üçün bərqərar edərək möhkəmləndirəcək və onların halını şübhəsiz, qorxu və vahimədən sonra əmin-amanlıq və xatircəmliklə əvəz edəcəkdir”. (“Nur” 55). Məsum İmamlar (ə) bu ayəni Həzrət Hüccətlə (ə) bağlamışdılar. Beləliklə deyə bilərik ki, bəşər yarandığı ilk gündən İlahi hüccətə malik olmuşdur. Allah onların müqəddəs varlıqlarına görə insanlara bərəkət və xeyir əta etmişdir. Yer üzünün sonuncu hüccəti İmam Zamandır (ə.f). Ağa bir gün zühur edəcək və yer üzünü ədalətə bürüyəcəkdir. (Deyerler) Oxşar xəbərlər
|