İmam Zaman (ə.f) dünyadan gedəndə, onun mübarək bədəninə kim qüsl verəcəkdir?
Mьəllif: admin1
Tarix: 24-03-2018, 10:20
İmam Zaman (ə.f) dünyadan gedəndə, onun mübarək bədəninə kim qüsl verəcəkdir?
İmam Zaman ağanın (ə) nə qədər müddət hökumət edəcəyi barəsində fikirlər müxtəlifdir və dəqiq məlumat mövcud deyildir.

Ən çox yeddi ədədinə işarə edilir ki, həm əhli-təsənnün və həm də Əhli-Beyt (ə) alimləri onu daha yaxın rəqəm kimi qəbul edirlər.

İmam (ə.f) uzun qeybdən sonra elə bir hökumət quracaqdır ki, onu saxlamaq və idarə etmək heç də asan bir iş olmayacaqdır. Bu hökuməti möhkəmləndirmək və ayaqda saxlamaq üçün lazımı qədər zaman lazımdır.

Ona görə də daha çox ehtimal verilir ki, Həzrət 7-9 il arasında zaman ərzində hökumət edəcək və ən adil hakim olacaqdır.

Hədislərdə oxuyuruq ki, Məsum insana Məsum qüsl verməlidir. Bəs İmam Zaman ağaya (ə.f) kim qüsl verəcəkdir?

Bu sualın cavabını hədislərdə tapmaq olar. Belə ki, hədislərin birində oxuyuruq: “İmam Hüseyn (ə) ilk kəs olacaqdır ki, İmam Məhdi (ə.f) həyatda olan zaman rəcət edəcəkdir.

Həzrətin (ə.f) vəfatından və ya şəhadətindən sonra Həzrətin (ə.f) bədəninə qüsl vermək və namaz qılmaq onun öhdəsində olacaqdır”.

Həzrət Məhdi (ə.f) vəfat edəcək, ya şəhid olacaqdır? Bu barədə də müxtəlif nəzərlər mövcuddur. Ancaq hər bir halda İmamın (ə.f) mübarək bədəninə qüslü İmam Hüseyn (ə) verəcək və meyit namazını o, qılacaqdır.
(İslami saytlara istinadən)




Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031