Niyə İslamı məhv etmək səyləri həmişə təsirsiz qalmışdır?
Qurani-Kərim dünyanı bazar kimi tanıdır. Bu bazarda insanlar satıcıdırlar. Burada insanın ömrü boyunca olan əqidələri və əməllləri satılar. Bu bazarda satış məcburidir.
Ancaq müştərini seçmək insanın ixtiyarındadır. Yəni, bizim ixtiyarımızda olan qüdrəti, əməl və əqidəni buraxa bilmərik. Ancaq onun faydalı və ya zərərli olmasını özümüz seçə bilərik. Quranda bəzi insanların adı çəkilir ki, Allahla canları ilə ticarət edərlər və behiştə çatarlar. Bəziləri isə məzəmmət olunmuşdular və heç bir mənəfəət əldə etməmişdilər. “Onlar azğınlığı hidayət bahasına satın almış kəslərdir. Buna görə də nə ticarətləri bir xeyir verdi, nə də (haqq) yolu tapanlardan oldular”. (“Bəqərə” 16). “Məbada küfr yolunda tələsənlər səni kədərləndirsinlər. Onlar Allaha əsla heç bir ziyan vurmurlar. Allah istəyir ki, (itaətsizliklərinə görə) axirətdə onlara bir pay qoymasın. Onlar üçün böyük bir əzab vardır. Həqiqətən küfrü imanı vermək bahasına (satın) alan kəslər, Allaha əsla bir ziyan vurmurlar və onlar üçün ağrılı bir əzab vardır”. (“Ali-İmran” 176-177). Ühüd döyüşündə iştirak edənlər bir-birindən soruşurlar ki, indi ki, kafir qələbə çaldı və biz məğlub olduq, nə olacaqdır? Bu ayə həmin şəxslərə cavab verərək buyurur ki, bu, İlahi möhlətdir ki, küfr qədəhləri dolsun və axirətdə nicatları olmasın. Bu ayələrdən belə nəticə çıxartmaq olar ki, kafirlərin İslamı məhv etmək üçün səyləri həmişə təsirsiz qalmışdır. İnsanların etdiyi küfr Allaha bir zərrə qədər ziyan vurmaz. Küfr meydanında hazır olmaq, insanı İlahi rəhmətdən və tövbədən məhrum edər. Kafirlərə möhlət vermək - İlahi sünnətdəndir, qətiyyən Allahın gücsüzlüyündən deyildir. Allah Təala Ühüd döyüşündən sonra Həzrət Peyğəmbərə (s) ürək-dirək vermək üçün buyurur: “Məbada küfr yolunda tələsənlər səni kədərləndirsinlər”. Peyğəmbərə (s) buyurur ki, kafirlərin qələbə çaldığını görmək səni qəmgin etməsin. Onlar heç bir zaman Mənə ziyan vura bilməzlər. Əksinə, özləri bu yolda ziyan görərlər. Allah - hər kəsdən ehtiyacsız, əzəli və əbədidir. İnsanların küfrü, imanı, səy və fitnəsi Allaha təsir etməz. Onlar ki, iman yolundadırlar - təkamül edərlər. Onlar ki, küfr yolundadırlar - süqut edərlər. Hər kəs öz əməlinin nəticəsini axirətdə görəcəkdir. Əgər insanlar küfr edirsə, bu, o demək deyildir ki, Allah onların qarşısını ala bilmir. Əslində Allah onlara əməl azadlığı vermişdir ki, hər nə istəyirlərsə görsünlər və nəticədə də axirət nemətlərindən məhrum olarlar. İslam dininin ilk günlərindən indiyə qədər onu məhv etməyənlərin sayı az olmamışdır. Lakin bu səylər həmişə təsirsiz qalmışdır. Çünki bu kamil dinin arxasında Allah kimi böyük qüdrət durur və onu heç kəs məğlub edə bilməz. /Deyerler.org/ Oxşar xəbərlər
|