Möminin 7 xüsusiyyəti
Qurani-Kərimdə buyurulur: «Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman imanları daha da artar, onlar ancaq öz Rəbbinə təvəkkül edərlər.
O kəslər ki, namaz qılar və verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər. Onlar həqiqi möminlərdir. Onların öz Rəbbi yanında dərəcələri vardır. Onları bağışlanma və tükənməz, gözəl ruzi gözləyir». (“Ənfal” 2-4) Gördüyümüz kimi, mübarək ayələrdə möminlərin xüsusiyyətləri bəyan edilmişdir. Bunlara işarə edək: 1. İlahi xofa malikdirlər. 2. Quran oxuyan və dinləyəndirlər. 3. Düşünən və təfəkkür edəndirlər – İlahi ayələr onları düşündürür və imanlarını artırır. 4. Həqiqi təvəkkül əhlidirlər. 5. Namazlarında dəqiqdirlər – Allah Təala onları namazqılanlardan sayır. 6. Halal ruzi qazanandırlar. 7. İnfaq edəndirlər. Səxavət – onların ən güclü tərəflərindəndir. Allah Təala bu cür xüsusiyyətlərə malik insanları həqiqi mömin adlandırır. Onların Allahın yanında bəyənilən məqamı vardır. Belə insanlar – bağışlanmışdırlar. Onların aqibəti xoş, axirətləri gözəldir. Allah Təala bizləri bu gözəl sırada qərar versin, inşəallah! /Deyerler.org/ Oxşar xəbərlər
|