ALLAHIN HƏR YERDƏ HAZIR VƏ NAZİR OLMASINA ƏQİDƏLİ OLMAQ
İnsanı günahlardan saxlayan ən mühüm amil onun Allaha iman gətirməsi və hər bir zaman özünü Allahın hüzurunda görməsinə əqidə bəsləməsidir.
Heç bir amil bu amil kimi insanın davranışının nizamlanmasında təsirli deyil. Allaha əqidənin qüdrəti günahların təmizlənməsində bütün qüdrətlərdən üstündür. Polis orqanları onların yaşadığı cəmiyyətdəki nöqsanları düzəldə bilməzlər. Allaha və Onun bütün işlərə agah olduğuna əqidə insanı günahlar qarşısında polad kimi möhkəm edir. Polis orqanları nə qədər güclü olsalar da gizlində edilən günahların qarşısını ala bilməzlər. Halbuki, cəmiyyətdəki cinayətlərin çox hissəsini xəlvətdə edilən cinayətlər təşkil edir. Amma insanlarda daxilən Allaha iman qüvvəsi olsa, onlar həm aşkarda, həm də gizlində günah etməkdən çəkinəcəklər. Buna görə Qurani-kərimdə Allaha imanın insanları günahdan qorumaqdakı mühüm rolu qeyd olunmuşdur. “Ələq» surəsinin 14-cü ayəsində oxuyuruq: «Məgər insan bilmir ki, Allah onun bütün işlərini görür?» «Fəcr» surəsinin 14-cü ayəsində oxuyuruq: «Şübhəsiz, Allah bəndələrin işlərini izləyir.» «Mömin» surəsinin 19-cu ayəsində isə belə oxuyuruq: «Allah xəyanət edən gözləri tanıyır. Və sinələrdəki gizlin sirrlərdən agahdır.» Quranda «Bəsir» (Allah görür) kəlməsi 51 dəfə, «Səmi» (Allah eşidir) kəlməsi isə 49 dəfə gəlmişdir. Bu ayələrdən nəticə alırıq ki, biz böyük Allahın hüzurundayıq. Gizlində və aşkarda hər nə etsək, zehnimizdə hər nə fikirləşsək, Allah onu bilir və ona agahdır. Sürücü qırmızı işıq yanarkən dayanır. Görəsən insan nə üçün qarşısında Allahın əzabını görüb özünü günah etməkdən saxlamamalıdır? İslam Peyğəmbəri (s) dualarının birində Allaha belə xitab edir: «İlahi, Sən ən yaxşı eşidən və ən yaxşı görənsən!» Oxşar xəbərlər
|