Günahların açarlarını tanımaq
Mьəllif: admin1
Tarix: 25-03-2018, 10:00
Günahların açarlarını tanımaq
Necə ki, qocalıq müxtəlif cür xəstəliklərə şərait yaradır, günahların da açarı vardır.

Günahların açarlarını tanıyaq:

1. Həsəd.

İnsanı müxtəlif günahlara: töhmət, yalan, sui-zənn kimi günahlara vadar edər. İmam Sadiq (ə) buyurur: “Necə ki, atəş odunu udar, həsəd də imanı udar”. Paxıl insan qarşı tərəfi məğlub etmək üçün əlindən gələn hər şeyi edər.

2. Simiclik və hərislik.

Simic insan infaq etməz, zəkat və xümsünü verməz. İnsanlar simic insandan narahat olarlar. Bu da sui-zənnə gətirib çıxardar. İmam Əli (ə) buyurur: “Simic, bütün pislikləri toplayar”.

Hərislik də bir çox günahlara səbəb olar o cümlədən: baha satma, rüşvətxorluq, təqvasızlığın müxtəlif növləri.

3. Yalan.

Yalan - günah qapısının ən böyük açarıdır. Əgər bu qapı açılarsa, o biri günahlar üçün şərait yaradar. Bu günahdan yüzlərlə günah doğar. İmam Həsən Əsgəri (ə) buyurur: “Bütün çirkinliklər bir otaqda qərar tutur. Onun açarı isə yalandır”.

4. Qəzəb və pis əxlaq.

Qəzəb qeybətə, söyüşə və müxtəlif çirkinliklərə şərait yaradar. İmam Həsən Əsgəri (ə) buyurur: “Qəzəb hər bir pisliyin açarıdır”.

Günahın açarlarına o cümlədən: pis güman, haramxorluq, şərabxorluq, təkəbbür və sair daxildir.




(İslami saytlara istinadən)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031