İmamlarımız (ə) gündəlik həyatlarında necə yaşamışdılar?
Dini rəhbərlərin sadə yaşamasının iki müsbət nəticəsi vardır. Amma əgər ona riayət olunmazsa, ardınca iki təhlükə gətirər.
Birincisi – cəmiyyətin yoxsul təbəqəsi dini rəhbərlərinin sadə yaşayışına nəzər salaraq, öz yoxsulluqlarına görə çox da qəm yeməzlər. İkincisi isə dini rəhbər ayrı-seçkilik salmaz ki, yoxsul təbəqə hər şeydən məhrum olmasın. Əgər əksinə - din adamı saray əhli olarsa və təmtəraqı bəyənərsə - yoxsul özünün ehtiyaclı olmağından təngə gələr və səbir edə bilməz. Həmçinin, zənginlər də cürətlənib daha çox mal əldə etmək üçün insanların haqqına təcavüz edərlər. Bəs görəsən, dinin əsil və həqiqi böyükləri olan İmamlarımız (ə) necə yaşamışdılar? 1. Əmirəl-mömininin (ə) buyurur: “O zaman ki, müsəlmanların rəhbəri rəhbərliyi öhdəsinə götürər, gərək geyim baxımından cəmiyyətin ən az gəliri olan insanları kimi olsun”. 2. Muəmmir ibni Xəla nəql edir ki, İmam Rzadan (ə) eşitmişəm ki, buyurub: “Allaha and olsun ki, əgər cəmiyyətin siyasi rəhbərliyini əldə etsəm, ən ağır (ən sadə və ən ləzzətsiz) yeməkləri yeyəcəyəm, baxmayaraq ki, ondan əvvəl yaxşı yeməklərdən istifadə etmişəm. Həmçinin ən kobud paltarlar geyinəcəyəm, baxmayaraq ki, rəhbərlikdən əvvəl yaxşı və münasib paltarlardan istifadə etmişəm”. 3. Həzrət Peyğəmbər (s) buyurur: “Bizim dünya ilə nə işimiz olar?! Dünya ilə mənim hekayətim o atlıya bənzəyir ki, isti gündə onun üçün ağac qoyulmuşdur və o da həmin ağacın altında qısa müddət yatmışdır. Sonra köçmüş, o yeri qoyub getmişdir”. 4. Xəvariclərin rəhbərlərindən olan Cədə ibni Nəcə İmam Əlinin (ə) paltarına baxıb deyirmiş: “Səni yaxşı geyim geyinməkdən nə saxlayır?”. İmam (ə) buyurmuşdu: “Bu paltar məni təkəbbür və qürurdan uzaq saxlayır. Müsəlmanların mənim ardımca getməsi üçün daha layiqlidir”. 5. Onlar özlərini həmişə başqa insanlardan fərqləndirmir, əksinə daha çox təvazö göstərərdilər. Başqalarının rahatlığını öz rahatlıqlarından üstün bilərdilər. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim möminin ehtiyacını yerinə yetirər, ona bənzəyir ki, Allaha həmişəlik ibadət etmiş olar”. /Deyerler.org/ Oxşar xəbərlər
|