Namaz insanın ictimai rabitələrinə necə təsir göstərir?
Baxmayaraq ki, namaz insanın Allah Təala ilə rabitəsinə aid edilir, ancaq insanların ictimai rabitələrinə də müsbət təsir göstərən əməllərdəndir.
Bəs namaz vasitəsilə necə ictimai rabitələr bərqərar olur? 1. Nəql olunur ki, Həzrət Peyğəmbər (s) namazı bitirəndən sonra üzünü insanlara tərəf çevirər və Allahla rabitəsini bitirib, yaranmışlarla rabitə qurmağa çalışardı. 2. Tövsiyə edilir ki, məscidə gedən zaman əliboş getməyin. Çünki məscidə müraciət edən ehtiyacı olan insanlar məsciddən ümidsiz getməsinlər. Necə ki, Həzrət Əli (ə) namaz vaxtı üzüyünü sədəqə vermişdi. 3. Bu ayədə möminlərin sifətləri bəyan olunmuşdur və orada deyilir: “Və o kəslər (üçün) ki, Rəbblərini(n iman və əmələ dəvətini) qəbul ediblər, namaz qılıblar, işləri aralarında məşvərət ilə aparılır və özlərinə verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər”. (“Şura” 38). Bu ayədə namazdan sonra məşvərət etmək tövsiyə olunur. 4. İnsanın doğma qardaşdan başqa, dini qardaşa da ehtiyacı vardır. “Beləliklə, əgər tövbə etsələr, namaz qılsalar və zəkat versələr, onlar sizin din qardaşlarınız olacaqlar. Biz Öz ayə və nişanələrimizi bilən dəstə üçün ətraflı surətdə izah edirik”. (“Tövbə” 11). 5. Namaz qılmaq Allahın bütün saleh bəndələri ilə sülh və səfa içində yaşamaq istəməyi elan etməkdir. Çünki namazda deyər ki, mən heç bir möminlə vuruşa girməyəcəyəm. Əgər belə bir iş görsəm, özüm layiqsiz insanam. 6. Dinimiz deyir ki, səbir edib, namazı camaatla qılmağın savabı daha çoxdur. Bu da ictimai rabitələrin güclənməsinə təsir göstərən amillərdəndir. 7. O kəslər ki, namazlarında vəsvəsə edirlər, onların xəstəliyini camaat namazı ilə aradan qaldırmaq olar. 8. Bayram namazları insanların rabitəsini daha da gücləndirir və sevinclərini paylaşırlar, bir-biri ilə həmdərd olurlar. 9. Hədislərimiz buyurur ki, o zaman ki, quraqlıq olur və yağış yağmır, cəm halında yağış namazı qılın ki, bu da insanlara ümid verər və bir-birləri ilə həmdərd olub, rabitələrini gücləndirərlər. (İslami saytlara istinadən) Oxşar xəbərlər
|