Məada inanmağın insana verdiyi 7 fayda
Mьəllif: admin1
Tarix: 17-03-2023, 11:20
Məada inanmağın insana verdiyi 7 fayda
Mömin bəndə o kəsə deyilir ki, məada imanı vardır. Dünyanı axirətin müqəddiməsi hesab edirlər. Məada inanmaq bu insanlara hansı faydaları verir?

1. Həyatda hədəfə malik olurlar. Hər kim məada inanır, onun həyatında həmişə hədəfi olur. Yaxşı bilir ki, Allah heç bir varlığı boş yerə xəlq etməmişdir. “Yoxsa güman edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və (bir də) heç vaxt Bizə tərəf qaytarılmayacaqsınız?”. (“Muminun” 115).

2. Ruhu hüzurlu olur. Dünya həyatı həmişə xoşagəlməz hadisələrlə doludur. Həmçinin məğlub olmaqlar, ölüm qorxusu – insanı həmişə nigaran edən mövzulardandır. Ancaq məada imanı olan insanın Allaha etiqadı olduğu üçün, bütün bu nigarançılıqlara qalib gəlir və ruhunu aram saxlaya bilir.

3. Nəfsini islah edə bilir. Həzrət Peyğəmbər (s) buyurur: “Ləzzətləri məhv edənləri yadınıza salın”. Sual verirlər ki, o nədir? Buyurur: “Ölüm”.

Ölüm – axirət evinin ilk mənzili və dünya həyatının son anıdır.

4. Halal ruzi dalınca olar. “Həqiqətən yetimlərin mallarını zülm ilə yeyənlər əslində qarınlarına od daxil edirlər (yetimin malına toxunmağın axirətdəki gerçək təzahürü – od yemək olacaqdır). Və onlar tezliklə (yetimin malını yeməklə ölüm arasındakı az bir fasilədən sonra) yanar oda daxil olar və onun hərarətini dadarlar”. (“Nisa” 10).

Məada inanan insan heç bir zaman harama əl atmaz və ruzisini halal yolla əldə edər.

5. Məsuliyyət hissi olar. Cəmiyyətin müvəffəq olmasının ən mühüm xüsusiyyətlərdən biri də budur ki, hər bir fərdinin məsuliyyət hissi olsun. Yəni, insan başqalarının ağrı və əziyyətinə laqeyd qalmasın.

“Əgər Allah istəsəydi, şübhəsiz, sizin hamınızı (məcburi surətdə) bir ümmət edərdi. Və lakin (öz cari qanunu əsasında, hamını din seçməkdə azad qoyur və sonra) istədiyini (Onun dinini qəbul etməyən şəxsi) öz azğınlığında boşlayır və istədiyini (Onun dinini qəbul edəni) hidayət edir. Və siz əməlləriniz barəsində mütləq sorğu-sual ediləcəksiniz”. (“Nəhl” 93).

6. Təqvaya malik olmaq. O kəs ki, axirətə və əməllərinin mükafatına inanır – günah və çirkin əməllərdən uzaq olmağa çalışar. Əgər günah edibdirsə, tez bir zamanda tövbə edib, günahından geri qayıdar.

7. Ölümünü son bilmir. Mömin yaxşı bilir ki, ölüm – bir həyatdan digərinə keçiddir. Odur ki, ölüm perspektivi onu panikaya salmır, əksinə - əməllərinin niyyətini təmizləməyə və keyfiyyətini artırmağa motivləndirir. Eyni zamanda, mömin bilir ki, behiştin dərəcələri vardır və şəhidlər behiştin ən yüksək dərəcəsində qərar tuturlar. Ona görə də şəhadət arzusunda olur.

Allah Təala bizləri möminlərin sırasında qərar versin.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031