Müstəhəb əməlləri qadağan etdiyi halda valideynə itaət vacibdirmi?
Mьəllif: admin1
Tarix: 29-03-2018, 22:21
Müstəhəb əməlləri qadağan etdiyi halda valideynə itaət vacibdirmi?
İslam dini valideynə hörmət etməyi, onlara tabe olmağı vacib bilib. Hətta valideynlərə qarşı etinasızlığı, onlara “ehh” deməyi belə qadağan edib:

“Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: 'Uf!' belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!” (İsra-23)

İnsan əməlləri dini meyar baxımından vacib, müstəhəb (savabı olan), haram , məkruh (bəyənilməyən) və mübah (savabı və ya günahı olmayan) kimi qismlərə bölünür.

Vacib və haram kimi qəti hökmü olan əməllərdə heç bir halda valideynin övlada müdaxiləsinə (qadağa qoymasına) icazə verilmir. Cünki bunlar Mütəal Allahın vacib buyurduğu hökümlərdir.

Yuxarıda qeyd etdiyimiz ayədə göründüyü kimi Allah yalnız Özünə ibadət vacib etmişdir: “Rəbbin yalnız Ona ibadət etməyi ... buyurmuşdur...”.

Bununla belə heç bir halda valideyni incitməyə, kobud rəftara və yuxarı səs tonu ilə danışmağa icazə verilmir. Əgər ilahi vacibata mane olarsa belə onlarla gözəl şəkildə dil tapmaq lazımdır.

Müstəhəb əməllərə gəlincə isə valideynin icazəsi nəzərə alınmalı, onların icazəsinə uyğun davranmaq tövsiyə olunur. Bu kimi müstəhəb əməllərdə valideynlərdən icazə almağın vacibliyinə gəlincə isə “hawzahnews.com” xəbər saytı Ayətullah Seyyid Muhəmməd Həkimin dəftərxanasına sual ünvanlayıb:

Sual:

Əgər valideynlər övladlarının müstəhəb əməllərin icrasına narazı olarlarsa, onlara itaət etmək vacibdirmi?

Cavab:

Evdə səfa-səmimiyyət, xoş yaşam ona bağlıdırsa bu miqdar icazə vacibdir.

Həmçinin Ayətullah Məkarim Şirazi buyurub:

“Bu kimi işlərdə onlarla muxalifətçilik etmək onların əziyyətə düşməsinə səbəb olarsa gərək müxalifət edilməsin.

Müstəhəb əməllərdə valideynlərə tabe olmamaq onların əziyyətə düşməsinə səbəb olarsa, gərək onların sözü önə keçsin. Bu halda (müstəhəb əməllərdə) onların sözü vacib olur.”
(İslaminSesi)
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930