ÖVLADIN DÜZGÜN DİNİ TƏRBİYƏ ALMASI ÜÇÜN VALİDEYNİN BUNLARA RİAYƏT ETMƏS LAZIMDIR
Hər bir valideynin arzusu budur ki, övladı tərbiyəli, əxlaqlı və cəmiyyətə xeyirli bir insan olsun. Xüsusilə də dindar valideynlərin dini tərbiyə görmüş uşaqlardan gözləntiləri daha çoxdur.
Valideyn istəyir ki, övladı tərbiyə və əxlaqını dini əsaslar üzərində təkmilləşdirsin və Allaha, Müqəddəs Kitaba, Məsumlara (ə) bağlı bir insan olsun. Atdığı hər bir addımda Allahın razılığını nəzərə ala bilsin. Bəs valideyn dini tərbiyədə nələrə riayət etməlidir? 1. Dini təhsilin uşağın yaşı və ağılının inkişafı ilə uyğun gəlib-gəlmədiyinə diqqət etmək lazımdır. 2. Övladınız sizə dini sual verən zaman onu düzgün şərh etməli və dini vəzifəsi ilə tanış etməlisiniz. 3. Dini tərbiyənin ən yaxşı yolu – birbaşa olmayan yoldur. Yəni, danışmadan, göstəriş vermədən öz əməllərinlə övladına dini tərbiyə verirsən. 4. Övladınızın dini mövzularda sual verməkdə istəkli olması üçün şərait yaratmalısınız. 5. Dini tərbiyə övladınızın həm cismini, həm ağlını, həm hisslərini, həm də ictimai rabitəsini əhatə etməlidir. 6. Övladınızı dini təlimlərə vadar etməyin, qoyun özü öz istəyi ilə bu təlimlərə yiyələnsin, özünə qarşı təzyiq hiss etməsin. 7. Övladınızın təbiətlə bağlı təfəkkür etməsi üçün zəminə yaradın və ondan istəyin ki, xilqətin və yaradılışın sirlərinə diqqət etsin və bu haqda öz nəzərlərini sizinlə bölüşsün. 8. Dinimizin örnək və nümunə insanlarını övladınızın yaşını nəzərə alaraq, tanıdın. Yadda saxlamaq lazımdır ki, uşaqlar üçün ən yaxşı tərbiyə örnəyi – valideynləridir. Əgər valideyn öz dini vacibatlarına əməl edirsə və bunu şövqlə və xüsusi həvəslə yerinə yetirirsə, bu, övladınız üçün ən yaxşı dini tərbiyə olacaqdır. Əgər valideyn namazını əvvəl vaxtda qılırsa, əmin olun ki, övladınız gec və ya tez, o da sizin kimi namazına əhəmiyyət verəcək və namazını vaxtında qılacaqdır. Hər şey biz valideynlərdən və müəllimlərdən asılıdır. (İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI) Hacı Rasim Məmmədov Ahlibeyt.ge Oxşar xəbərlər
|