İmamət – nübuvvət missiyasının davamı və həm də xətmidir
Mьəllif: admin1
Tarix: 30-03-2018, 21:56
İmamət – nübuvvət missiyasının davamı və həm də xətmidir
Nübuvvətin xətmi o deməkdir ki, artıq bəşərə İslam dinindən başqası gəlməyəcəkdir. İslam dini nübuvvəti artıq sona çatdırmışdır.

Qurani-Kərim açıq şəkildə İslam Peyğəmbərini (s) xatəm adlandıraraq, buyurubdur: “Muhəmməd (s) sizlərdən heç birinin atası deyildir (ki, oğulluğu Zeydin boşadığı zövcəsi ona haram olmuş olsun). Lakin (O,) Allah Rəsuludur və peyğəmbərlərin sonuncusudur. Və Allah həmişə hər bir şeyi biləndir”. (“Əhzab” 40).

Bütün müsəlmanların nəzərinə görə, peyğəmbər (ə) bir sıra xüsusiyyətlərə malik olmalıdır. O cümlədən:

1. Vəhyi qəbul etmək. Əslində nübuvvəti sübut edən ən mühüm amil – vəhyi qəbul etməkdir. Quran buyurur ki, bütün peyğəmbərlərdə bu sifət olmuşdur.

2. Vəhyi təfsir etmək. Vəhyi bəyan etmək və onu insanların başa düşəcəyi dildə təfsir etmək – hər bir peyğəmbərin mühüm vəzifələrindən biridir.

“(Onları) aydın dəlillər (möcüzələrlə) və ibrətamiz səma kitabları ilə (göndərdik) və sənə də bu zikri (Qur’anı)nazil etdik ki, insanlara onlara nazil olanı açıqlayasan və bəlkə düşündülər”. (“Nəhl” 44).

3. Ümmətin vilayəti. İslam Peyğəmbəri (s) dövlət təsis etdi və bu dövləti İslami qanunlarla idarə etdi.



Əslində nübuvvətin xətmi – vilayətin xətm olması demək deyildir. Əslində nübuvvət ilə imamət arasında sıx rabitə vardır. Çünki imamət – nübuvvətin davamıdır.

Onun vəzifələrini boynuna götürüb, cəmiyyətə rəhbərlik etməyi davam etdirməkdir. Ona görə də imamətin xətmi olmayacaqdır və Qiyamət gününə qədər davam edəcəkdir ki, bəşər rəhbərsiz qalmasın.

Ustad Mütəhhəri bu haqda yazır: “İmam – münaqişələri həll etmək üçün mərcədir. Bu münaqişələrin həllində alimlər əsil mənbədirlər”.

Bu səbəbdən deyə bilərik ki, imamət – nübuvvətin xətmidir. Əgər imamət olmasaydı, o zaman nübuvvət naqis qalardı. Bəşər İlahi vilayət olmadan məhv olardı.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031