Hz. Əlinin (ə) Kufəyə gəlişi və məhz bu şəhərin xilafət mərkəzi seçmə səbəbləri
Mьəllif: admin1
Tarix: 20-03-2019, 10:10
Hz. Əlinin (ə) Kufəyə gəlişi və məhz bu şəhərin xilafət mərkəzi seçmə səbəbləri
Bu gün rəcəb ayının 12-si Hz.Əlinin (ə) xilafətin mərkəzini Mədinədən Kufə şəhərinə köçürdüyü gündür. Daha doğrusu, bu gün İmam Əlinin (ə) Kufəyə daxil olduğu gündür.

İmam Əli (ə) Nakisinlərlə (yolunu azmışlar-Cəməl döyüşü) döyüşdən və Təlhə, Zübeyrin Bəsrə ətrafında məğlub etdikdən sonra Bəsrə şəhərinə daxil olur və orada xütbə oxuyur.

İmam (ə) xütbədə Allah peyğəmbərinin (s) və Əhli-Beytin (ə) haqqının qəsb olunmasına toxunur və fitnəkarların fitnələrinə aydınlıq gətirir.

Sonra əsr düşmüş bəsrəliləri bağışlayıb, qənimətləri bəsrəlilər arasında bölüşdürür. S

onra Abdullah ibn Abbası şəhərə vali təyin edib, Şamda öncəki xəlifələr tərəfindən güc və iqtidar verilmiş fitnəkar Müaviyyəni devirmək üçün Kufəyə tərəf hərəkət edir.

İmam (ə) xilafət ordusu ilə hicri 36 il, rəcəb ayının 12-də Küfəyə daxil olur. İmamı (ə) qarşılamaq üçün əhali toplanır və o Həzrətdən (ə) Kufə sarayına daxil olmasını istəyirlər. Lakin imam (ə) Kufə məscidinə gedib, orada toplanan əhaliyə xütbə oxuyub, ümumi dini və siyasi mətləblərə toxunur.

“Shabestan.ir” xəbər və informasiya agetliyi “Milli Cavablandırma Mərkəzinə” bu barədə sual ünvanlayıb:

Sual:

Nə üçün İmam (ə) xilafətin mərkəzini Mədinədən Kufəyə köçürdü?

Cavab:

İmam (ə) Bəsrədə baş qaldırmış əhd sındıranları, Bəni Üməyyəyə yardım edənləri və Peyğəmbərin (s) həyat yoldaşının ehtiram və nüfuzundan istifadə edən xainləri,

o Həzrətin (ə) onlarla nahaq yerə öldürülmüş nümayəndələrinin hesabını sormaq üçün Bəsrəyə doğru hərəkət etdi və üsyankarları zərərsizləşdirib,

bu əraziləri dövlətin nəzarətinə qaytardı. Bəsrə və bu ətraflara nəzarəti bərpa edən İmam (ə) ordu ilə Kufəyə tərəf hərəkət etdi və hicri 36-cı il, rəcəb ayının 12-də Kufəyə daxil oludu.

Bundan sonra İmam xilafətin mərkəzin Mədinədən bu şəhərə köçürdü və xilafəti burdan idarə etməyə başladı. Bu köçürmənin iki səbəbi vardı:

1-İmamın (ə) əskərlərinin böyük əksəriyyəti kufəlilərdən ibarət idi. İmam (ə), Əmmar Yasir və İmam Həsən (ə) vasitəsi ilə kufəlilərdən beyət almış, onlar imamın (ə) çağrışına müsbət cavab vermişdilər. Onlar İmamla (ə) sadiq və fədakar idilər.

Bununla da Həzrət (ə) bu insanların evlərini və həyatlarını ziyarət etdi və bu ziyarətlə cihadçılara döyüş ruhiyyəsi və şərəf (dəyər-qiymət) vermiş oldu.

2- İmam (ə) bilirdi ki, Nakisin üsyanı və Bəsrə fitnəsində Müaviyyənin hiyləsi və təşviqi vardır. Bilirdiki, İslam camiəsindən fitnənin əlini kəsmək üçün “lənətlənmiş üməyyə ağacının” kökünü kəsmək lazımdır və zəruridir.

Şama ən yaxın nöqtə Kufədir! Bununla yanaşı, bu bölgə İraqın döyüşçülər, ordular yetişdirən bir bölgəsi idi və İmam bu məsələyə hər zamankindən daha çox etibar və diqqət etməli idi.

Bu iki səbəb mərkəzi Mədinədən Kufəyə köçürülməs səbəbi idi.

(Ayətullah Cəfər Sübhani- Foruğe vilayət)

İmamın (ə) bu səfəri demək olar ki, məhz, İslamı hədələyən "lənətlənmiş Bəni-Üməyyəyə" qarşı atılşım bir siyasi addım idi!


(İslaminSesi)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031