Yalnız bu yolla sağlam cəmiyyətə sahib ola bilərik – İmam Əlinin (ə) tövsiyəsi
Mьəllif: admin1
Tarix: 10-03-2023, 21:21
Yalnız bu yolla sağlam cəmiyyətə sahib ola bilərik – İmam Əlinin (ə) tövsiyəsi
Qurani-Kərim insaları əqidəsinə, düşüncəsinə, mənəvi paklığına görə fərqləndirir. Kimisini kafir, kimini münafiq, kimini müsəlman, kimini mömin adlandırır.

Hətta möminlər özləri də təqvanın, imanın dərəcələrinə görə fərqlənirlər. Bütün bu insanların içində Quran təqvanın ənüstün dərəcəsinə sahib olanları Allah yanında ən əziz və hörmətli bəndə adlandırır.

“Sizin Allah yanında ən əziziniz (hörmətliniz) ən üstün təqvaya sahib olanınızdır.” (Hucurat-13)

“Ən ustün təqvaya” ifadəsi təqvanın da özünə məxsus dərəcəlri, fərqliliklərinin olmasına bir işarədir.

Rağib İsfəhani “Mufrədat” əsrində təqvanın mənasında deyir: “Təqva sözünün əsli «وقایه» (vəqayə) yəni qorumaq sözündəndir. Yəni nəfsi və ruhi napaklığdan qorumaq. Bunların hər ikisini qarşıya çıxan həq növ ziyandan qorumaq. Həmçinin qorxub çəkinməyə də təqva deyilir.” (Səh-530)

Dini istilahda (işlənmə mənasında) təqva ifadəsi Allahdan qorxmaq, haramlardan çəkinmək, hər növ bəyənilməyən işləri tərk etmək, bütün bunlarla yanaşı ən üstün imana sahib olub, böyük əxlaq nümunəsi olmaq mənasını ifadə edir.

İnsan bütün bu deyilənləri, təqvanı özünə sipər edərsə, o təqva sahibi hesab olunur. Necəki İmam Əli (ə) təqvanı qala və sipər adlandırıb:

“Ey Allah bəndələri bilin ki, təqva kimi möhkəm və alınmaz bir qala yoxdur!”

Hər bir insan yalnız iman, təqva ilə dəyər və qiymət qazanır. Bundan qeyri dəyər insanın həqiqi dəyər deyildir və zəvala uğrayıb aradan gedəndir.

İmam Əli (ə) hər bir mömini, müsəlmanı, Allaha etiqadı olan hər bir kəsi təqvalı olmağa çağırır və bunun üçün 7 xüsusiyyət sayır.

Gərək hər bir mömin insan öz xislətlərini bu 7 xüsusiyyətlərlə ayarlayıb zinətləndirsin. Yalnız bu yolla sağlam düşüncəyə və sağlam cəmiyyətə sahib olmaq olar. Yalnız hər kəsin özünə diqqət etməsi ilə! İmam (ə) buyurdu:

Mömin o kəsdir ki, qaznancı halal olsun,

Əxlaqı gözəl və mehriban olsun,

Qəlbi kin və küdurətdən pak olsun,

Malının istifadə olunanın artığından ehsan eləsin,

Dilini artıq danışmaqdan qorusun,

İnsanlar onun şərrindən amanda və xeyrinə ümidvar olsun,

Özünə olduğu kimi başqalarına da insaflı olsun.

(Nəsahife Səfhə-281)

Deyilən bu hər bir xislət ayrı-ayrılıqda araşdırıldıqda insan həyatını hər bir sahəsini əhatə edir. Məsələn dili qoruma. Həqiqətən insan bu göstərişə sahib olsa İlahı nur onun bütün həyatını əhatə eliyər. Yaxud insaflı olmaq...



Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031