Qeyri məsumlardan yalnız bu şəxsə “Salamullahi əleyh” deyiblər
Mьəllif: admin1
Tarix: 30-03-2018, 22:28
Qeyri məsumlardan yalnız bu şəxsə “Salamullahi əleyh” deyiblər
Seyid Hüseyn Təbatəbai Bürucirdi 1961-ci ildə 30 mart tarixində dünyasını dəyişib. Onun məzarı Qum şəhərindədir.

Tarix boyu İslam dünyasında məzhəblərarası münasibətləri yumşaltmağa çalışan bir sıra görkəmli alimlər olmuşdur. Bu mühüm vəzifəni yerinə yetirməyə çalışanlardan biri də XX əsrin məşhur alimi Seyid Hüseyn Bürucirdidir.

Ayətullah-üzma Seyid Hüseyn Bürucirdi 1875-ci ildə İranın Lorestan əyalətinin Bürucerd şəhərində doğulmuşdur. Xeyli elm adamı yetişdirən tanınmış ailəyə mənsubdur.

Kiçik yaşlarından dini elmlərə böyük həvəs göstərmiş, ilk təhsilini Nurbəxş mədrəsəsində almışdır. Bu dövrdə əsas müəllimi atası Seyid Əli olmuşdur. Sonra isə biliyini artırmaq üçün İsfahana yollanmışdır.

Seyid Hüseyn Bürucirdi İslamın məzhəbləri arasında qarşılıqlı dialoqa, tolerantlığa, dostluğa və anlayışa böyük önəm vermiş, sünni və şiə məzhəbi üzvlərini yaxınlaşdırmaq məqsədi uğrunda səylərini əsirgəməmişdir.

Məhz onun və Əl-Əzhər Universitetinin rektoru Şeyx Əbdülməcid Səlimin təşəbbüsü ilə "İslam məzhəblərinin yaxınlaşması" təşkilatı yaradılmışdır.

Bu təşkilatın bütün İslam dünyası üçün əvəzsiz xidmətləri olmuşdur. Seyid Hüseyn Bürucirdini Əl-Əzhər Universitetinin sonrakı rektoru Şeyx Mahmud Şaltut ilə səmimi dostluq telləri bağlamışdır.

İranda İslam İnqilabının banisi Ayətullah Ruhullah Musəvi Xomeyninin müctəhid Brucerdiyə çox rəğbəti və məhəbbəti var idi. Baxmayaraq ki, İranda Nəvvab Səfəvi və difər fədailərin edamı zamanı, Pəhləvi şahına tutarlı cavab vermədiyinə görə müctəhid Brucerdidən inciyənlər olmuşdu.

O cümlədən Ayətullah Xomeyni. Amma buna baxmayaraq o, Brucerdinin adı gələndə “Salamullahi əleyh” deyirdi.

Ayətullah Bürucirdinin daha bir xidməti isə təhsil sistemindəki islahatlarla əlaqədardır. O, müasir elmlərin İslam dini ilə ziddiyyət təşkil etmədiyi qənaətində olmuşdur.

Bunun üçün də mədrəsələrdə təbiət elmlərinin tədrisini təşkil etmişdir. Habelə, İranda təhsil sahəsindəki ziddiyyətli vəziyyəti aradan qaldırmaq məqsədi ilə dini və dünyəvi biliklərin verildiyi ibtidai və orta məktəblər şəbəkəsinin açılmasına yardımçı olmuşdur.

Seyid Hüseyn Bürucirdi fəaliyyəti dövründə siyasətə qarışmamış, tələbələrinin və ardıcıllarının çoxsaylı tənqid və təkidlərinə baxmayaraq, Şah rejiminə qarşı nisbi loyallığı ilə seçilmişdir.

Həmin dövrdə İranın siyasi vəziyyətinin kifayət qədər mürəkkəb olmasına baxmayaraq, Bürucirdi bu prosesə qarışmamışdır.

1961-ci il martın 30-da Qumda vəfat edən Ayətullah-üzma Seyid Hüseyn Bürucirdi Məscidül-Əzəm məscidinin girişinin yaxınlığında dəfn edilmişdir.

O, Murtuza Mütəhhəri və Məhəmməd Ələvi Gürgani kimi bir sıra görkəmli tələbələr yetişdirmişdir. Bürucirdi İslam elmlərinə dair xeyli kitabların müəllifidir.
(İslaminSesi)

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031