“Ey oğul, bu 4 mətləbə diqqət etsən həkim və dərmandan ehtiyacsız olarsan” – İmam Əli (ə)
Mьəllif: admin1
Tarix: 3-04-2021, 10:32
“Ey oğul, bu 4 mətləbə diqqət etsən həkim və dərmandan ehtiyacsız olarsan” – İmam Əli (ə)
Sağlıq insan üçün çox önəmlidir. İnsanın bədən üzvlərindən hər hansı biri ağrıyanda demək olar ki, bu ağrılar onun bütün diqqət və mənəvi sferasını da adğıdır.

Xəstənin dütün diqqəti ancaq öz ağrı və çəkdiyi əziyyətində olur. Həmçinin bu bədən ağrısı onun bütün iş və fəaliyyətinə də mənfi təsir edir. Bu səbəbdən can sağlığı, bədən sağlamlığı çox önəmlidir.

Bu günki dövrümüzdə tibb sahəsi çox inkişaf edib. Lakin bununla belə insan üçün ən yaxşı təbib elə onun özüdür. Çünki, xəstəliklərin böyük əksəriyyəti insanın diqqətsizliyi nəticəsində hasil olur.

İamam Əli (ə) oğlu İmam Həsənə (ə) sağlamıqla bağlı elə bir tövsiyə edir və qeyd edir ki, bu məsələlərə hər kim diqqət edərsə onun xəstəliyi yalnız ölüm ola bilər. Yəni ölüncə xəstəliklərdən əziyyət çəkməz.

İmam (ə) buyurdu:

“Ey oğul sənə 4 elə mühüm xisləti öyrədim ki, tibbdən (həkimdən) ehtiyacsız olasan:

Hec vaxt, acmadıqca yemək yemə!

Süfrədən doymamış, yeməyə meylin olduğu halda qalx!

Yeməyi yaxşı-yaxşı çeynəyib sonra ud!

Yatmamışdan öncə ayaqyoluna get!

Bu 4 mətləbə diqqət etsən tibb (həkim) və dərmandan ehtiyacsız olarsan.”

(Məkarimul-əxlaq, cild-1/314) (Xisal. Cild-1/229)

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031