Adi və xüsusi insanları tövhid anlayışı. Tövhidin dərəcələri
Mьəllif: admin1
Tarix: 3-04-2018, 10:03
Adi və xüsusi insanları tövhid anlayışı. Tövhidin dərəcələri
“Lə iləhə illəllah” – adi insanların tövhid anlayışıdır. Amma “Lə iləhə illə Huvə” - xüsusi insanların tövhid şüarıdır. Ancaq həm adi və həm də xas insanlar “Lə iləhə illəllah”da şərikdirlər.

“Lə iləhə illəllah” ona görə adi insanların tövhidi sayılır ki, onların dərk səviyyəsinə uyğundur. Bilək ki, tövhidin dərəcələri vardır. Onun zahiri və batini tərəfləri vardır. Zahirini hamı dərk edə bilir.

Onu bir meyvəyə bənzətmək olar ki, qabığı vardır və qabığının üstündə yenə qabığı vardır. Meyvənin məğzi vardır və məğzin də məğzi vardır. O da onun şirəsidir.

Ona görə də tövhidin dərəcələrini öyrənmək istəyiriksə, bilək ki, ilk dərəcəsi – “Lə iləhə illəllah”dır ki, dildə deyilər, qəlbdə ona lazımi etiqad olmaz.

Tövhidin bu dərəcəsinin də hörməti vardır və insanın malı, qanı və övladları amanlıq dairəsinə aid olar.

Tövhidin başqa bir dərəcəsi – batinidir. Bu tövhid şəhvəti əzər və nəfsi özünə tabe edər. Əslində şəhvət hissini məhv edər ki, hər bir şeydə şəhvətə tərəf meyil etməsin. Bu insan əgər çörək yeyərsə, ondan ləzzət almaq üçün yeməz. O, ona görə yeyər ki, itaət və ibadəti üçün gücü olsun.

Tövhidin başqa bir dərəcəsi budur ki, tövhid onun əlini hər şeydən üzər. Ümumi olaraq, dünyadan kəsər. Allah Təaladan başqasını görməz və eşitməz. Özünü unudar.

Bəsirət əhli bu halı tövhiddə fəna adlandırırlar. Allahdan başqa hər şey fanidir. Tövhidin kamalı elə budur. Bu şəxs deyər: Allahdan başqa məbud yoxdur, Ondan başqa qalan hər şey – heçdir.

Allah bizə də tövhidin bu dərəcəsinə çatmaq tövfiqini versin! Amin!




/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930