İmam Əlinin (ə) bizə 40 tövsiyyəsi
1-Hər gün Allahın adını çək və Ona təvəkkül et.
2-Bizi xatırla, adımızı dilinə gətir və bizə salam göndər. 3-İnsanların yerinə yetirdiyi elə bir əməl yoxdur ki, mən onu görməyim. 4-Bizdən qeyrisindən (və bizə əsaslanmayan) elm və hədis öyrənmə. 5-Hər bir işə və hərəkətə qarşı elmin və mərifətin olsun. 6-Yemək yeyəndə, Allahın adını çək ki, zərər çəkməyəsən. 7-İnsanlara yaxşılıq et, paxıllıq etmə, Allah-taala bu işə görə sənə çoxlu savab verər. 8-Yoldaşlarınla gülərüzlə rəftar et və xidmətçilərinin səhvlərini bağışla və onları ittihamlandırma. 9-Yeməyi qurtarandan sonra Allaha ucadan həmd-səna et ki, başqaları da sənin səsini eşidib, Allaha həmd-səna etsinlər, bununla sənin savabın böyük olar. 10-Doymamışdan bir az öncə, süfrədən çəkil ki, suya və havaya da yer qalsın; bu göstərişə əməl etsən, yemək sənin üçün bərəkətli olar. Bədənin sağlamlığı az yemək və içməkdədir. 11-Zəkat verən, möminlərə yardım edən, yaxın adamları və qohum-əqrəbası ilə əlaqəsini möhkəmlədən şəxsin mal-dövlətində xeyir-bərəkət olar. 12-Yaxın adamlarından olan möminlərə başqalarından artıq yardım et, fəqirlərə sədəqə ver; çünki sədəqə bəlaları dəf edir. 13-Sənə tərəf əl uzadan şəxsi əli boş qaytarma, hətta bir xurmanın yarısı qədər verəməklə olsa belə. 14-Möminin ən gözəl zinəti təvazökarlığıdır. 15-Möminin gözəlliyi iffətindədir. 16-Möminin şərəfi və başıucalığı boş-boş danışmağı tərk etməsindədir. 17-Alçaq adamlarla mübahisə etmə, hətta sənə nalayiq sözlər desələr də belə. Səbirli ol və Allah-taalanın "cahil adam onunla mübahisə etdikdə, o cavabında salam verər" – deyə buyurduğu şəxslərdən ol! 18-Həmişə haqq söz de! 19-Pərhizkarlarla dostluq et və fasiqlərdən uzaq gəz! 20-Münafiqlər və xainlərlə əlaqə yaratma. 21-Zülmkarların qapısını döymə və onlarla kəsb-ticarət etmə. Məbada, onlara baş əyib, ehtiram göstərəsən! 22-Yoxsulluğunu camaata açıqlama, izzətlə yaşa və fəqirlik müqabilində səbir et. 23-Səni çətinliklərdə yalqız qoymayan və müsibət üz verdikdə yardım göstərmək üçün əlindən gələnini əsirgəməyən şəxs sənin qardaşın sayılır. 24-Mömin möminin aynasıdır, onlar bir-birlərilə qardaşdılar və qardaşa qardaşdan əziz bir şəxs olmaz. 25-Əgər bir şəxs sənə bir söz deyib, onun sirr olaraq saxlamasını səndən istəsə, onu faş etməkdən həzər et, əks halda tövbən də qəbul olunmaz. 26-Çətinliklərdən amanda qalmaq üçün "La hovlə və la quvvətə illa billahil-əliyyil-əzim!" zikrini yaddan çıxartma. 27-Sənə hər bir nemət əta olunduqda, onun artması üçün "Əl-həmdu lillah" de! 28-Ruzin təxirə düşdükdə, tövbə et və Allahdan bağışlanmağını dilə ki, işlərin öz qaydasına düşsün. 29-Vacib olan əməllərin tərk olunmasına qəti icazə verilməmişdir. 30-Allahın sənə əta etdiyi minlərlə nemətin müqabilində, Ona təşəkkür etməyi və Onu yad etməyi unutma. 31-Allahı yad etməyənlərdən olma. 32-İstifadə etdiyin yeməklər halal olmasa, Allah-taala sənin şükrünü və zikrini qəbul etməz. 33-Hər bir şəxsin əmanətini “kimliyindən asılı olmayaraq,“ özünə qaytar. 34-Allah-taala bizi Öz əxlaqına doğru yönəltmiş, onu öyrənməyi və insanları ona rəğbətləndirməyi bizə əmr etmişdir. 35-Allaha and olsun, camaatın mənim əmrimə tabe olması üçün, onlara heç vaxt yalvarmaram! 36-Bəziləri bu fani və yalan dünyadan ləzzət aldılar, biz isə əbədi axirət aləmindən faydalanıb ləzzət alacağıq. 37-Bizi yaxşı əməllərə sövq edən Allahın təqvalılara əta etdiyi behiştin yüksək mərtəbəsidir. 38-Behişt fikrində olmayanları ağır və əbədi əzabla müjdələ. 39-Namaz qılmaq, oruc tutmaq və sədəqə vermək (təklikdə) mühüm deyildir, əhəmiyyət kəsb edən məsələ təmiz qəlbə, doğru niyyətə və xalis əmələ malik olmaqdır. 40-Mən Allaha hər bir halda itaət və sitayiş edirəm. (Sən də həmişə Allaha itaət və sitayiş et!) (İslamazeri.com) Oxşar xəbərlər
|